4 ildən sonra ilk dəfə görüşdülər

Dünya
19:10 / 07.12.2023
5949
Çin sədri Si Cinpin bu gün 24-cü Çin-Aİ Yüksək Səviyyəli İqtisadi Dialoqda iştirak etmək üçün Pekində səfərdə olan Aropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə Çin KİV-i məlumat yayıb.
Dörd ildən sonra ilk dəfə üz-üzə keçirilən sammitdə Ukrayna böhranı və Yaxın Şərqdəki son vəziyyət, Çin və Aİ ölkələri arasında iqtisadi və ticarət əlaqələri kimi məsələlər müzakirə edilib.