İlk baxışdan adi bir ailə portreti kimi görünən, sirlərlə dolu məşhur tablo
İncəsənət əsərləri, onların arxasındakı hekayələr və ətrafındakı sirli detalları görəndə insanı çox fərqli dünyalara aparır.
Sfera.az bu yazıda sizə Amerikanın “Mona Liza”sı adını almış “American Gothic” adlı tablonun hekayəsini təqdim edir.
Adi bir ailə mənzərəsinə bənzəyən, lakin incə detallarla dolu bu rəsm 1930-cu ildə Amerika rəssamı Qrant Vud tərəfindən çəkilmişdir.
O vaxta qədər anonim rəssam olan Qrant Vud, tablo Çikaqo İncəsənət İnstitutunda ilk dəfə ictimaiyyətə nümayiş etdiriləndə 300 dollar mükafat və böyük şöhrət qazandı.
O günə qədər Qrant Vud anası və bacısı ilə birlikdə cənazə evinin zirzəmisində yaşayan 39 yaşlı xəyalpərəst idi.
İllər keçdikcə “American Gothic” Amerikada bütün zamanların ən çox sevilən və bəyənilən rəsmlərindən birinə çevrildi. Tablo, hətta “Regionalizm” adlı Amerika sənət hərəkatının başlamasına səbəb oldu.
Tabloya ilk baxdığımızda diqqətimizi arxa planda evdə yaşadığını düşündüyümüz cütlük çəkir. Şəkildə təsvir edilən qadın fiquru Vudun bacısıdır, kişi isə diş həkimidir.
Uzun illər “Ayovada yaşayan bir fermer və arvadı” adı ilə təqdim edilən bu tablonun əslində ata-qız, yoxsa yaş fərqi olan cütlüyün münasibətini əks etdirdiyinə dair qəti bir cavab yoxdur.
Ancaq bu tablonun canlanmasının əsl səbəbi arxa planda görünən evdir. Rəssam Vud kiçik ölçülü və qotik üslubda nəhəng pəncərələri olan maraqlı bir evi gördükdən sonra tablonu çəkmək qərarına gəlib.
"Mən bu evi görəndə sifətləri qəmgin olan qotik amerikan insanları təsəvvür etdim."
Bir kişi və qadının evlərinin qarşısında poza verməsi əhəmiyyətsiz bir detal deyil. Rəssam üçün bu, Amerikalıların evlərini özlərinin bir hissəsi kimi görmə tərzini təmsil edir.
Tipik bir Amerikan kənd qadınını əks etdirən, önlüyünün altında qara paltar geyinmiş qadın fiquru bir qədər qayğı ilə uzaqlara baxır. Bəziləri elə bilir ki, qadın kişiyə görə əziyyət çəkir.
Təbii ki, kişinin əlində tutduğu yaba də diqqətdən yayınmır. Əksər sənətşünaslar bütün digər alətlər arasında yabanın maraqlı seçim olduğunu qeyd edirlər.
Bu yaba həm əkinçilik həyatının çətinliyinə, həm də Amerikanın o illərdə girdiyi Böyük Depressiya dövrünə işarədir.
Sakit və soyuq rənglərdən ibarət olan bu tabloda rəngarəngliyi ilə diqqət çəkən əşyalardan biri də qadının boynuna taxdığı broşdur.
Rəsmin yaranma tarixini düşünəndə evin üstündəki bu kiçik qlobus da çox maraqlı gəlir. Çünki Vud bu şəkli çəkməyə başlamazdan az əvvəl astroloqlar hal-hazırda planet sayılmayan “cırtdan planet” Plutonu yeni kəşf etmişdilər.
Bu, bəzi sənət tarixçilərinin gülməli alt mesajlarla dolu bir satira, digərlərinin isə adi bir Amerika ailəsinin gözəl təsviri olduğunu düşündüyü tablonun hekayəsidir...
“American Gothic” bəzi sənət tarixçilərinin gülməli alt mesajlarla dolu bir satira, digərlərinin isə adi bir Amerika ailəsinin gözəl təsviri olduğunu düşündüyü tablodur.
Qeyd etdiyimiz kimi, fotoşəkildəki iki şəxs rəssam Vudun bacısı ilə müntəzəm olaraq ziyarət etdiyi diş həkimidir.
Amerikanın “Mona Liza”sı sayılacaq qədər məşhur olan rəsm o qədər əhəmiyyətli bir simvola çevrildi ki, illər ərzində çox evlərin əvəzolunmaz hissəsi oldu. Digər tərəfdən, minlərlə parodiyalara da ilham verdi.
Xanım
Sfera.az