Dəli kimi sevən bürclər: Sizi dəyərli hiss etdirəcəklər!

Dəli kimi sevən bürclər: Sizi dəyərli hiss etdirəcəklər!

Doğru insanla tanışlıq dəyərli olmaq və özümüzü dəyərli hiss etmək üçün bizə kömək edir. 

 

Sfera.az bildirir ki, sevgi həyatını dolu-dolu yaşayan, qarşısındakı insanı xoşbəxt hiss etdirən bürclər də var. Onlarla bağlı məlumatı təqdim edirik.

 

Qoç bürcü - Aqressivliyi ilə məşhur olan bu bürclər sevgi məsələsində tamamilə fərqli birinə çevrilə bilər. Onlar aşiq olanda heç nəyə əhəmiyyət vermir, sadəcə sevgilərini göstərməyə çalışırlar. Münasibətlərində fədakarlıq etməkdən çəkinmirlər. Qoç bürcünün nümayəndələri həm də ehtiraslı olurlar. Bəzən həddən artıq qısqanclıq göstərirlər, amma azadlıq onlar üçün də çox önəmlidir.


Tərəzi bürcü - Kənardan çox ağıllı görünə bilərlər. Bu isə yanlış nəticələrə səbəb olur. Amma  tərəzilər axtardıqları insanı tapdıqlarına inandıqda, ona sonsuz sevgi verirlər. Münasibətlərdə tərəzinin mübahisə etdiyini görmək çox çətindir. Mübahisələrdən qaçan bu bürcün nümayəndələri incitməkdən qorxurlar. Əgər sizinlə dava etmirlərsə, bu, əhəmiyyət vermədikləri üçün deyil, sizi sevdikləri üçündür.


Balıqlar bürcü - Sevgidə bütün zəifliklərini büruzə verir, özlərini təslim edirlər. Onlar müəmmalı davranmağı bacarmır, özləri haqqında hər şeyi ortaya qoyurlar. Buna baxmayaraq, balıqların nə düşündüyünü bilmək mümkün deyil.


Əkizlər bürcü - Həqiqətən sevdikləri zaman bunu dərindən yaşamağı bacarırlar. Onlar sizi çox xüsusi hiss etdirə bilər. Əkizlər münasibətdə ən çox tanışlıq mərhələsini sevirlər. Qarşındakı insanı anlamağa çalışırlar.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...