"Atatürk" filmi tezliklə bu kanalda yayımlanacaq

“Disney+” platformasının “Atatürk” serialı film versiyasında həm telekanallarda, həm də kinoteatrlarda yayımlanacaq.

 

Məlumata görə, oktyabrın 29-da, Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə "Fox TV" ekranlarında “Atatürk” filmi ilk dəfə tamaşaçı qarşısına çıxacaq.

 

İkinci film dekabrın 22-də kinoteatrlarda nümayiş etdiriləcək.

 

2024-cü ildə Fox Tv ekranlarında “Atatürk” serialı bütöv şəkildə yayımlanmağa başlayacaq.

 

Mehmet Ağa Öztekinin quruluş verdiyi filmdə baş rolda məşhur kinoaktyor Aras Bulut İynəmli oynayır. Film Mustafa Kamal Atatürkün gənclik illərindən və mübarizəsindən bəhs edir.

 

Filmdə Songül Öden, Mehmet Günsür, Sarp Akkaya, Berk Cankat - Ali Fuat Cebesoy Esra Bilgiç, Sahra Şaş, Bertan Asllani kimi aktyorlar rol alıblar.

 

Filmin prodüsseri Saner Ayar media nümayəndələrinə verdiyi açıqlamada bildirib:

 

“FoxTv-də “Atatürk” serialının xüsusi versiyası yayımlanacaq. Biz iki ayrı film hazırladıq. Bunu filmimizin daha geniş kütlələrə yayıla bilməsi üçün etmişik”.

 

Qeyd edək ki, avqus ayında rəqəmsal yayım platforması olan “Disney+” bu serialı yayımdan qaldıracağını bildirməklə türk xalqının sərt etirazı ilə qarşılaşmışdı.//Lent.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...