Müstəmləkəçilərə qarşı mübarizə apararaq bütün Qərbi Afrikaya hakim olan qadınlar - Dahomey Amazonları

Müstəmləkəçilərə qarşı mübarizə apararaq bütün Qərbi Afrikaya hakim olan qadınlar - Dahomey Amazonları

Tarixdə kişilərin dominant olduğu cəmiyyətlər hər zaman ön plana çıxsa da, bu yazıda qorxmaz qadın ordusu haqqında oxuyacaqsınız.
 

Sfera.az sizə Dahomey Amazonları haqqında məlumat təqdim edir.
 

Fransız müstəmləkəçilərinə müqavimət göstərən və 19-cu əsrdə Qərbi Afrikaya nəzarəti öz üzərinə götürən Dahomey Amazonları tamamilə qadınlardan ibarət ordu idi.
 

Hər biri evli olsa da, strategiyasına görə heç vaxt uşaq dünyaya gətirməyən bu qadınlar həyatlarını müharibəyə həsr ediblər.
1900-cü illərə qədər Qərbi Afrika Dahomey Krallığının, indiki Benin Respublikasında böyük bir ordu var idi.


Vəhşi qadın döyüşçüləri ilə seçilən bu krallığın 3000 əsgərdən ibarət legionu var idi və bu legiondakı qadınlar krallığı son ana qədər qorudular.
Dahomey Amazonlarının hər biri padşahla evli idi, yəni padşahla evlilikləri onların sadiqliyinə zəmanət verirdi.


Bu qadınlar gecə saatlarında şəhərin təhlükəsizliyi üçün keşik çəkir və kişilərin girməsinin qadağan olduğu yerlərdə mühafizəçilər verirdilər.
 

Krallığın ordusunun 40%-ni təşkil edən Dahomey Amazonları bir neçə korpusa bölünürdü.
 

Bir-birindən tüfəng, oraq və topdan istifadə etməklə seçilən bu qadınların özünəməxsus xüsusi geyim forması, hətta komandirləri də vardı.
Kralla evlənmək Dahomey Amazonları arasında olmaq üçün yeganə şərt deyildi.


Hər bir qadın müxtəlif atletika və işgəncəyə davamlılıq testlərindən keçib. Beləliklə, Dahomey Amazonu olmaq o qədər də asan məsələ deyildi.
 

Dahomey Amazonlarının işi çox çətin olsa da, onlar heç bir münaqişə yaşamayanda kralın bütün imkanlarından istifadə edə bilirdilər.


Kralın dəbdəbəli sarayında bu qadınları su kimi içkilər və keyfiyyətli tütün gözləyirdi.
Dahomey Amazonlarının yüksəlişini bəyənməyən Fransa koloniyası qadın döyüşçülərin kişilərdən çox olduğunu müşahidə edərək buna son qoymaq istəyir.


1890-cı ildə son dərəcə güclü silahlarla müharibəyə qatılan Fransa 400 Dahomey döyüşçüsündən 383-nü öldürüb və qalib gəlir.


Bu məğlubiyyəti qəbul etməyən qadınlar gizlicə fransızların arasına soxularaq zabitlərin boğazını bir-bir kəsdilər.


Dahomey Amazonlarından çox qorxan fransızlar qoşunlarını dağıtdılar. Bu döyüşçü qadınların səltənətlərinin dağılması ilə yoxa çıxdıqları bilinsə də, 1979-cu ilə qədər aktiv olduqları düşünülür.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...