Ceyms Bondun qız versiyası - Keçmiş KQB zabiti qadınlara kişiləri aldatmağın yolların öyrədir

Ceyms Bondun qız versiyası - Keçmiş KQB zabiti qadınlara kişiləri aldatmağın yolların öyrədir

Keçmiş KQB agenti Aliyə Roza sosial şəbəkələrdə pərəstişkarlarına kişiləri şirnikləndirmək barədə bəzi məsləhətlər verib. O, qadınlara görüşə getməzdən əvvəl “kişilərin psixologiyasını” öyrənməyi təklif edir.
 

Sfera.az bildirir ki, keçmiş KQB əməkdaşı, casus, Sovet İttifaqında doğulmuş Aliyə Roza oliqarx kişilərin psixologiyasını izləyib. Qadın "kişi psixologiyası" sahəsində mütəxəssis olub.

 

İllərlə xarici agentləri və oliqarxları şirnikləndirən keçmiş rus casusu qadınlara kişiləri daha yaxşı başa düşməyə kömək edəcək sirləri açıqlayıb.
 

39 yaşlı Aliyə Roza Qazaxıstanda anadan olub və Sovet İttifaqının dağılmasından sonra Rusiya hökumətinə casusluq edib. Çox məxfi missiyaları yerinə yetirərək, o, "kişi psixologiyası" sahəsində mütəxəssis olub.
 

Tezliklə "Ceyms Bond qızı" (özünü belə adlandırır) hər hansı bir kişini necə əldə etmək barədə 200 funt sterlinq, bir saatlıq dərslər verməyə başlayıb. İndi o, ildə təxminən 1,5 milyon funt sterlinq qazanır.


Aliyənin pərəstişkarları var ki, onun işinin hiylələrini öyrənməyə ümid edirlər. O deyir ki, tələbələri istədiklərini əldə etməyi öyrənirlər. Superlady üzvlüyü onlara eksklüziv qırmızı xalça tədbirlərinə çıxış imkanı verir.

Aliyə 1,2 milyondan çox abunəçisi olan sosial şəbəkə adresi vasitəsilə aktiv şəkildə bloq yazır.


Keçmiş casus istənilən qadının qrupa qoşula biləcəyini qeyd edərək, bu vasitələrdən gündəlik həyatında istifadə etdiyini bildirib.

"Məktəbdə oxuyanda “inək” idim və zorakılığa məruz qalırdım. Ruslar arasında yeganə Asiya görünüşlü insan mən idim və uşaqlar məni təhqir edirdilər. Sızanaqlarım olduğu üçün məni çirkin adlandırırdılar. Özgüvənsiz idim”.


Qeyd edək ki, qızın atası və anası da casus olublar.
 

Aliyə iddia edir ki, cazibədarlığın gücü görünüşdə və ya özünə inamda deyil, xarizmadadır.
 

"Anam da, atam da sovet xüsusi xidmət orqanlarının üzvü idilər. Ona görə də məncə, bu, mənim üçün təbii idi. Onlar mənə casusluqla bağlı hər şeyi öyrətmişdilər: yerimək, makiyaj etmək və ən əsası, psixologiyanı başa düşmək. Bu, Ceyms Bond qadını roluna bənzəyirdi. Onlar bizim xarizmanı - auramızı yaradıblar və insanları aldatmaq üçün bizə ən yaxşı üsulları öyrədiblər. Bütün bu texnikaları o vaxtdan gündəlik həyatıma uyğunlaşdırdım. Kilolu və ya qısa boylu olmağıma baxmayaraq, hər şey xarizma ilə bağlıdır”- deyə Aliyə əlavə edib.


Qadın kiçik oğlu ilə İsveçrədə, Londonda, sonra isə ABŞ-da yaşayıb.


Həmişə dəbə tərəf yanaşan Aliyə həyatda bu qədər sınaqlardan sonra öz PR şirkətini qurub. İndi o, sevdiyi işlə məşğul olur, həmçinin 1,2 milyondan çox abunəçisi olan sosial şəbəkələrdə fəal şəkildə bloq yazır.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...