Alimlər süni intellektlə toyuq səslərini tərcümə etdilər - BİR İLK

Alimlər süni intellektlə toyuq səslərini tərcümə etdilər - BİR İLK

Yapon alimləri toyuqların səslərini süni intellektlə tərcümə etməyin yolunu tapdıqlarını bildiriblər.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar toyuqların səslərini təhlil etmək üçün süni intellekt texnologiyasından istifadə edərək aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və sıxıntı kimi altı fərqli emosional vəziyyəti 80% dəqiqliklə tərcümə edə bildiklərini deyirlər.


Tokio Universitetinin professoru Adrian David Çeok bu araşdırma üçün səkkiz heyvan psixoloqu və baytar cərrahdan ibarət komanda ilə əməkdaşlıq edib.

 

Onlar 80 toyuqdan götürdükləri 200 saata yaxın səs yazısını təhlil ediblər. Onun 100 saatı süni intellektə verilib və hər bir toyuq səsi emosional vəziyyətlə əlaqələndirilib.

 

Araşdırmaya rəhbərlik edən Çeok "bu, elm üçün irəliyə doğru böyük bir sıçrayışdır! Və bu, yalnız başlanğıcdır”,- bildirib.

 

Digər tərəfdən, o, bu texnologiyanı fərqli heyvanlara uyğunlaşdırmaq istədiyini də qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...