Üçayaqlı ayı evə girdi, soyuducunu açıb spirtli içki içdi - Video

Üçayaqlı ayı evə girdi, soyuducunu açıb spirtli içki içdi - Video

Floridada (ABŞ) üçayaqlı ayı qapalı eyvana girərək soyuducudan 3 ədəd spirtli içki götürüb və içib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Cozauri Faneyte-Dilonun sözlərinə görə, 13 yaşlı oğlu Cozef Diqlio onların Leyk-Meridəki evində olarkən itlərinin hürməsi eşidilib. Məlum olub ki, ev heyvanı bayırda ayı ilə bağlı uşağa xəbərdarlıq edirmiş.

 

Müşahidə kamerasının görüntüləri və telefonla çəkilən videoda üçayaqlı ayının evin eyvanına girdiyi görünür.

 

"Çöldə akvariumumuzun yanında olan balıq yeməyini yedi və sonra bara tərəf yönəldi. Üç "Ağ pənçələr" içkisini götürdü, içdi və çox məmnun qaldı. Ən sevdiyi ləzzət manqo və çiyələkdir", - şahidlər deyib.

 

Heyvan bir neçə dəqiqədən sonra özü ilə qəlyanaltıları götürərək gedib. Qonşuların dediyinə görə, bu yırtıcı yerli xalq arasında Tripod kimi tanınır. 

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...