Şimali makedoniyalı futbolçu "Sumqayıt"ın tarixinə düşüb

Şimali makedoniyalı futbolçu

"Sumqayıt"ın futbolçusu Kristian Velinovski klubun tarixinə düşüb.

 

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisinin heyətində Premyer Liqada meydana çıxan 200-cü oyunçu olub.

 

O, "Zirə"yə 0:1 hesabı ilə uduzduqları VI turun matçında iştirak edib.

 

Debütü 2011/12 mövsümündə gerçəkləşən və əvvəllər “Sumqayıt Şəhər” adı altında çıxış edən klub cari çempionatın startına qədər 190 oyunçuya güvənib. Əvvəlki 5 turda 9 debütantın meydana çıxdığı “Sumqayıt” Velinovski ilə 200-ə çatıb.

 

“Gənclik şəhəri” təmsilçisi bu göstəricidə 11-ci komandadır. Yalnız 10 komanda daha çox futbolçuya şans verib.


OXŞAR XƏBƏRLƏR

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...

Maykl Ceksonun ölümündən əvvəkki son görüntüsü - VİDEO

Əfsanəvi müğənni Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilmiş video yayımlanıb.   Sfera.az xəbər verir ki, yayımlanmamış video böyük səs-küyə səb...

MN-dən partlayış səsləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

2-5 may tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi...