1962-ci ildə SSRİ-də tətil elan etmiş 26 işçinin gizli qətlinin dəhşətli təfərrüatları - Novocherkassk qətliamı

1962-ci ildə SSRİ-də tətil elan etmiş 26 işçinin gizli qətlinin dəhşətli təfərrüatları - Novocherkassk qətliamı

1962-ci ildə SSRİ-də bir qrup fəhlə ən əsas haqlarından biri olan tətil hüququndan istifadə etdiklərinə görə öldürülüb. Üstəlik, bu vəhşilik illərlə sirr kimi saxlanılıb.
 

Sfera.az Novocherkassk qətliamı zamanı baş verənlər haqqında yazı təqdim edir.
 

Tarixi məlumatlara görə, bu sarsıdıcı qətliam 1962-ci ilin yay günündə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) Novoçerkassk şəhərində baş verib.


Gəlin əvvəldən baş verənlərə nəzər salaq.

 

1936-cı ildə əsası qoyulmuş Novocherkassk elektrovoz zavodunun sovet işçiləri 1962-ci ilin əvvəllərində maaşlarının kəsiləcəyini öyrəniblər.
 

Maaş kəsilməsi 30-35% civarında olacaqdı.


Hökumət 6 ay sonra bütün SSRİ-də ət və süd məhsullarını artıracağını elan edib.


Artım nisbəti 35% təşkil edirdi.


İşçilər bu hadisələrə səssiz qalmadılar. Əvvəlcə fabrikin dəmir-polad şöbələrində işləyənlər işdən çıxdılar.



Amma hökumət işçilərlə əlaqə saxlamayıb. Zavod əsgərlər tərəfindən mühasirəyə alınıb. Şəhərin müxtəlif yerlərində həbslər başlayıb. Məhz bundan sonra, minlərlə işçinin iştirakı ilə yürüş başlayıb.
 

Nikita Xruşşovun siyasətini tənqid edən fəhlələr Lenin plakatları, qırmızı bayraqlar və çiçəklərlə şəhərin hər yerinə yürüş edirdilər. Onlar “Xruşşov bizə ət verir”, “Bizə mənzil lazımdır” kimi şüarlar səsləndiriblər.


Xruşşov isə fəhlələrlə danışıqlara getməyib və işçilər atəşə tutulub. 26 işçi həyatını itirib, 86 fəal yaralanıb.


Sonrakı günlərdə işçilər etirazlarını davam etdirmək üçün yenidən toplaşıblar. Onlardan 160-ı həbs edilib, 24-ü təqsirli bilinib, 7-si edam edilib.


Hadisə illərlə ört-basdır edilib. Heç yerdə bir kəlmə də yazılmayıb. Lakin tətildə iştirak edən fəhlələrdən Pyotr Siuda uzun illər baş verənlərə işıq salmaq üçün sənədlər toplayıb. 1988-ci ildə onun məqalələrindən biri sovet mətbuatında dərc olunanda hadisələrin üstü açılmağa başlayıb.


1991-ci il dekabrın 26-da Sovet İttifaqının dağılmasından sonra ört-basdır edilən bir çox digər hadisələr kimi, bu qırğın da üzə çıxıb.


Qətlə yetirilən işçilər bu gün bir çox abidə və muzeylərlə xatırlanır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...