Safuranın bloger bacısından yeni VİDEO

Safuranın bloger bacısından yeni VİDEO

Gənc bloger Fidan Əlizadə yeni videosunu izləyicilərin ixtiyarına buraxıb.

Publika.az xəbər verir ki, Rəssamlıq Akademiyasında təhsil alan blogerin yeni videosu "Çantamda nə var?" adlanır.

F.Əlizadə bizə uzun müddət videolar çəkməməsinin səbəbini də izah edib. "Buna hazır deyildim. Öz üzərimdə işlədim və çoxlu sərgilərdə iştirak etdim. Bloqlar və vloglar haqqında məlumatlar topladın. Əslində, mən bu məsələyə ciddi yanaşıram. Çünki bəlli bir auditoriyaya müraciət edirsən və onun zövqünü maksimum oxşamağa çalışmalısan. Əgər bu işə başladımsa, çox maraqlı layihələr edəcəyəm”.

Gənc bloger əsas məqsədinin sağlam tərzini təbliğ etmək və dəb yenilikləri ilə tanış etmək olduğunu xüsusi vurğulayıb: "İzləyicilər üçün sağlamlıqla bağlı videolar hazırlacağam. Eləcə də moda sahəsində baş verən yeniliklər və vizajla bağlı maraqlı informasilarları videolarda bölüşəcəyəm. Kimisə təkrarlamağı qətiyyən sevmirəm. Yenilikləri sevən insanam, ona görə də başqa bloggerlərin çəkdiklərinə oxşayan videolar çəkmək istəmirəm. Bundan başqa öz həyat tərzim, səyahətlər və digər maraqlı məqamları videolara çəkəcəyəm”.

Xatırladaq ki, Fidan Əlizadə Azərbaycanı "Eurovision” yarışmasında təmsil edən Safura Əliyevanın bacısıdır. Safura Əliyeva sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub, hazırda İstanbulda yaşayırlar. Cütlüyün bir oğlu var.



OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...