WhatsApp virtual reallıqda işləyəcək

WhatsApp virtual reallıqda işləyəcək

WhatsApp tərtibatçıları Meta VR qulaqlıqları vasitəsilə avtorizasiya dəstəyini əlavə etməyi planlaşdırırlar.

 

Sfera.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb .

 

Mənbənin bildirdiyinə görə, WhatsApp for Android beta versiyası 2.23.13.6 mövcud messencer hesabını Meta Quest qulaqcıqları ilə əlaqələndirdiyi qeyd olunur. Bununla belə, hazırda yenilik hələ inkişaf mərhələsindədir və həvəskarlar bunu təsdiqləyə bilməyiblər.

 

Bu səbəbdən WhatsApp və VR qulaqlıq arasında əlaqənin necə işləyəcəyi məlum deyil. Həmçinin messencerin VR rejimi ilə uyğun gələn qulaqlıqların siyahısı açıqlanmayıb.

Yeniliyin yaxın vaxtlarda test rejimində işləyəcəyi gözlənilir.

 

Keçmişdə “WhatsApp” tərtibatçıları “Ray-Ban Stories” smart eynəkləri vasitəsilə messencerə qoşulmaq imkanı əlavə etmişdilər ki, bu eynəklərlə istifadəçilər səsli zənglər edə, mesaj göndərə və dinləyə bilərdilər.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...