Telefonun enerjisinə necə qənaət etmək olar? - 3 SADƏ ÜSUL

Telefonun enerjisinə necə qənaət etmək olar? - 3 SADƏ ÜSUL

Mobil cihazın batareya səviyyəsinin sürətlə aşağı düşməsi olduqca yayğın bir hadisədir. Cihazın enerjisinin erkən boşalması bir çox istifadəçiyə narahatlıqlar verir.

 

Sfera.az lent.az-a istinadən bildirir ki, bu səbəbdən smartfon sahibləri batareyanın enerjisinə qənaət etmək arzusunda olurlar. Bəs, bu zaman nə etmək lazımdır?

 

Ən asan yol mobil telefonu müvəqqəti olaraq söndürməkdir. Ancaq batareyaya qənaət etməyin başqa üsulları da var. Bunlardan biri ekranın qurulmasıdır. Əvvəlcə ekrana diqqət etməlisiniz. Əgər ekranın parlaqlığı yüksəkdirsə, onu mütləq azaltmaq lazımdır.

 

Parlaqlıq o qədər endirilməlidir ki, batareya səviyyəsinin düşməsi o qədər də sürətli olmasın. Amma eyni zamanda mobil telefondan istifadə etməkdə çətinliklər yaranmasın.

 

Bundan əlavə, ekranın çox parlaq rənglərə sahib olub olmadığına da fikir verin. Belə ki, bu cür çalarların bolluğu smartfonun sürətlə boşaldılmasının ümumi səbəblərindən biridir. Adi şəkillər nə qədər tünd çalarlı olarsa, bir o qədər yaxşıdır.

 

Enerjiyə qənaət etmək üçün başqa bir üsul da titrəməni söndürməkdir. Çünki titrəmə rejimi də batareyanın enerjisini xeyli aşağı salır.

 

Yalnız səs siqnallarını müvəqqəti olaraq söndürməyi planlaşdırdığınız zaman titrməni yandırmaq olar.

 

Bəzi proqramların silinməsi də telefonun şarjına qənaət edən amillərdən biridir. Hətta arxa fonda işləyən proqramlar var ki, bununla da batareyanı istehlak etməyə davam edir.

 

Onların arasında çox nadir hallarda istifadə olunan proqramların olub olmadığını dəqiqləşdirin.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...