Cinsi əlaqə zamanı enerji mübadiləsi: Sağlamlığınız bundan asılıdır

Cinsi əlaqə zamanı enerji mübadiləsi: Sağlamlığınız bundan asılıdır

Seks zamanı tərəflər arasında yaranan enerji mübadiləsi müzakirə obyekti olan məsələlərdən biridir. 

 

Sfera.az bildirir ki, mütəxəssislərin fikrincə, kimləsə nə qədər çox ünsiyyətdə olsan, əlaqə bir o qədər dərin olur. Nəticədə qarşı tərəfin enerjisi sənə ötürülür və bu, insan getdikdən sonra belə qalır. Lakin cəmiyyətdə cinsi münasibətlə bağlı yalnız səthi məlumatlar var. Halbuki, enerjinizi kiminlə bölüşdüyünüz, ömrünüz boyu verə biləcəyiniz ən vacib qərarlardan biridir. Məsələn, bəzi insanlar intim əlaqədən sonra qarşı tərəfi unuda bilmir və ya tam əksi, heç arzulamadığı qarşılaşmalar ola bilir. Yaxud daha pisi - qısa və ya birdəfəlik təcrübə olsa belə, şəxslər özünü tükənmiş, kədərli, itirilmiş və ya tək hiss edir. Bunların hamısı enerji mübadiləsi ilə əlaqəlidir. 

 

İnsan təkcə fiziki deyil, həm də enerjili varlıqdır. Məhz bu səbəbdən bizim auramız digər enerjiləri toplayır. Bəzi insanlar “mənəvi çöküntülərini” bizə ötürür,  yaxud lider ruhlu insanlar özlərində bir neçə enerjini ehtiva edir. Bu, cinsi münasibət zamanı şəxsi auramızla vəhdətdə olan bir şeydir. Gözəl, mehriban və pozitiv  insanla cinsi əlaqədə olsanız, o enerji sizin tərəfdən udulur və sizə də oxşar formada, yəni müsbət təsir göstərir. Bununla belə, daha zəif -  qorxu, özünə nifrət, qəzəb, çarəsizliklə dolu insanlarla intim əlaqədə olmaq sizin enerjinizi də dibə çəkir.

 

Mütəxəssislərin fikrincə, insanların enerji sahəsi maqnit kimi işləyir, yəni, nədən ibarətdirsə, onu daha çox cəlb edir. Əgər auranız neqativlik, depressiya, nifrət, kədər, utanc, kədər kimi enerjilərlə doludursa, bunu getdikcə öz reallığınıza çevirəcəksiniz. Bu baxımdan cinsi partnyorları seçərkən məsuliyyət və diqqətli olmaq həyati əhəmiyyət kəsb edir. Xüsusilə, uzun bir əlaqə və ya emosional olaraq incidilən münasibətdən sonra  həm zehninizi, bədəninizi , həm də ruhunuzu təmizləmək tövsiyə olunur. Hər bir cinsi münasibət üzərinizdə öz izini qoyacaq. İki insan sevgi ilə cinsi əlaqədə olarsa, enerji mübadiləsi daha effektli olur – bu,  emosional travmanı dəyişdirə, DNT-nizdəki məlumatların kilidini aça, həzz verə bilər. Tükənmiş hislər əvəzinə, ruhani, fiziki, əqli və emosional cəhətdən daha sağlam olarsınız. 

 

Cinsi münasibətdən sonra bir sıra təmizlənmə metodlarından istifadə edə bilərsiniz.  

 

Auranı təmizləmək -  Bunun üçün qurudulmuş adaçayı tövsiyə olunur. 


Himalay duzu – Vannaya 1/2-1 stəkan duz əlavə edin. Həmçinin, bir neçə damcı yüksək keyfiyyətli efir yağı, qızılgül kvars kristalları və ya qurudulmuş otlar/çiçəklər əlavə edə bilərsiniz.


Üzmək - Su, xüsusilə axan, hərəkət edən su dərin təmizləyici təsirə malikdir. Çimərliklər, göllər, hovuzlar bunun üçün mükəmməldir. 


Günəş işığı qəbul etmək – Bu, enerjinizi bərpa etməyə kömək edə bilər. 


Bunlardan əlavə meditasiya, təbiətdə vaxt keçirmək və.s kimi üsullar da enerjiniz üçün faydalıdır. 

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...