Nasist partiyası üzvünün dul qadınının zərgərlik kolleksiyası hərraca çıxarılacaq - FOTO

Nasist partiyası üzvünün dul qadınının zərgərlik kolleksiyası hərraca çıxarılacaq - FOTO

“Christie's” auksionu milyarder Haydi Hortenin heyrətamiz zərgərlik kolleksiyasının satışını elan edib.

Sfera.az
bildirir ki, Heidi Horten 1930-1940-cı illərdə nasist koalisiyasının ölkələrində çiçəklənən yəhudiləri müxtəlif fəaliyyət sahələrindən zorla sıxışdıraraq milyardla sərvətini toplayan Helmut Hortenlə evli idi.


Hərraca çıxarılacaq 700 ədəd zərgərlik məmulatı 150 milyon dollar dəyərində qiymətləndirilir, lakin hərrac evi indi tənqid atəşi altındadır, çünki Heydinin əri İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq sayəsində sərvətini qazana və bütün bu xəzinələri ala bilib.

Helmut Horten, “Horten AG” mağazalar şəbəkəsinə sahib olub ki, bu Almaniyada dördüncü ən böyük mağazalar şəbəkəsi idi.
 

O, eyniadlı univermağın françayzinqini yaratmaq üçün yəhudi müəssisələrini endirimli qiymətlərlə akıv. O, həm də Nasist Partiyasının üzvü idi. İlk mağazasını 1933-cü ildə Almaniyanı tərk etmək məcburiyyətində qaldıqda, yəhudi işəgötürənindən alıb. Daha sonra işğal olunmuş ərazilərdə mağazalar alıb.


Bu barədə David De Conqa “Nazi milyarderləri: Almaniyanın ən zəngin sülalələrinin qaranlıq tərəfi” kitabında yazıb.
 

“Christie's” rəsmiləri Hortenin sərvətinin qurulduğu acı tarixi etiraf edərək bildirib ki, mayın 3-də onlayn və mayın 10-da İsveçrənin Cenevrə şəhərində oflayn rejimdə başlayacaq zərgərlik məmulatları auksionundan əldə olunan vəsait “sağlamlıq, uşaqların rifahı və rifah halı da daxil olmaqla” xeyriyyəçilik işlərini dəstəkləyən bir incəsənət fonduna gedəcək.

Hərracın internet saytında həmçinin qeyd olunur ki, "Christie's bu auksiondan əldə etdiyi son gəlirdən Holokost tədqiqatı və təhsilinin irəliləyişini davam etdirən bir təşkilata əhəmiyyətli töhfə verəcək".
 

Heidi Horten yəhudilərdən biznes alarkən Helmutla evli deyildi. Onlar yalnız 1959-cu ildə Velden am Wörthersee aristokratik kurortunda yerləşən otelin barında tanış olublar.


 

Onda Vyana qravüraçısının qızı Haydinin 19 yaşında, Helmut ondan 32 yaş böyük olub. Cütlük 1966-cı ildə evlənib. Toy üçün Horten gəlinə Birinci Dünya Müharibəsindən əvvəl Bavariya krallığının tacını bəzəyən 35 karatlıq məşhur Mavi Wittelsbacher mavi almazını hədiyyə edib.


Helmut arvadını zinət əşyalarına “boğub”. Onun zərgərlik kolleksiyası “ən diqqətlə seçilmişlərdən biri" adlandırılıb. Helmut 1987-ci ildə vəfat edəndə Heidi zinət əşyaları almağa davam edib və tarixi olan zinət əşyalarına üstünlük verib. Ona vəfat etmiş ərindən milyard dollarlıq böyük sərvət miras al. Bundan sonra o, sərvətini demək olar ki, üç dəfə artırıb.
 

 Heidi Horten Kolleksiyası

2018-ci ildə “Sotheby's”də Mari Antuanettaya məxsus dünyanın ən bahalı mirvarisini də məhz Heidi alıb. Mirvari ona 37 milyon dollara başa gəlib. Heydi mirvari ilə yanaşı, Fransa Kraliçasının mirvari boyunbağısını da alıb. O, həmçinin imperator I Frans Josephin məşhur aktrisası və məşuqəsi Katharina Schratta məxsus brilyant broş alıb.
 

Helmutdan sonra Heidi daha iki dəfə evlənib. 1994-cü ildə onun ikinci əri topdansatış çiçək taciri olan fransız Jan-Mark Şarm olub. O, soyadını dəyişib və Horten adlandırılmağı xoşlamayıb. Əri ilə birlikdə sənət əsərləri almağa başlayıblar. Bir dəfə o, bir gündə rəsmlərə təxminən 30 milyon dollar xərcləyib.
 

Lakin dörd il sonra evlilik pozulub. O, uzun müddət ən böyük on yaxta sırasına daxil olan dəbdəbəli "Carinthia VII" yaxtasında səyahət etməyi çox sevirdi. Onun sevgililəri arasında britaniyalı bankir Conatan Bevan, media maqnatı Robert Maksvellin maliyyə müşaviri olub. Lakin 2015-ci ildə onun üçüncü əri özündən 10 yaş kiçik aristokrat Karl Anton Hess idi.

Heidi Hess-Horten 12 iyun 2022-ci ildə 81 yaşında vəfat edib. Onun öldüyü vaxt sərvəti 3 milyard dollar dəyərində qiymətləndirilirdi.
 

Hərraca onun 1,5 milyon dollar dəyərində zümrüd və sapfir daşı olan Bulgari boyunbağı, Misir tanrılarının fiqurları olan boyunbağı, Harri Uinstonun bir vaxtlar Hindistan Maharacasından aldığı dəbdəbəli “Briolette of India” brilyantı və bir çox başqa bəzək əşyalarının daxil olacağı gözlənilir.
 

Xatırladaq ki, 2022-ci ildə də Monakonun ən varlı qadını Lili Safra da vəfat edib. Onun sərvəti 1,3 milyard dollar qiymətləndirilirdi və o, sərvətinin böyük hissəsini xeyriyyəçilik üçün xərcləyib. Lili də zinət əşyalarına pərəstiş edib və hətta qalmaqallı bir romanın qəhrəmanı olmağı bacarıb.

 

Aynil
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR