Bürclərin GİZLİ ARZULARI: Sevilmək, mal-mülk sahibi olmaq...

Bürclərin GİZLİ ARZULARI: Sevilmək, mal-mülk sahibi olmaq...

Hər kəsin həyatda sahib olmaq istədiyi şeylər var. Bəzi insanlar ömür boyu hörmət olunmaq, bəziləri isə hər zaman sevilmək istəyir, lakin bunlar əsasən gizli saxlanılır. Astrologiya isə insanların xarakterləri barədə kiçik detallar əldə etməyimizə kömək edir.

 

Sfera.az bu dəfə bürclərə əsasən insanların gizli istəkləri ilə bağlı məlumatı təqdim edir.

 

Qoç bürcü – Alov qrupunun nümayəndələri böyük nailiyyətlər əldə etmək, trendi müəyyən etmək, diqqət mərkəzində olmaq və liderlik etmək arzusundadır.


Buğa bürcü - Sabitlik və təhlükəsizliyə dəyər verən torpaq qrupunun nümayəndələrinin gizli istəkləri yaxşı yaşamaq, var-dövlət və mal-mülk sahibi olmaqdır.


Əkizlər bürcü - Sosiallaşmağı sevən bu bürclərin gizli istəyi həyatlarında müxtəliflik və dəyişikliyə sahib olmaq və heç vaxt darıxmamaqdır.


Xərçəng bürcü - Onların gizli arzusu təhlükəsiz, rahat və qayğıkeş bir ev mühiti yaratmaqdır. Xərçənglər əsasən emosional, mənəvi, romantik və ya maliyyə baxımından hər cür təhlükəsiz hiss etmək istəyirlər.


Şir bürcü - Ətrafındakılar tərəfindən bəyənilmək və sevilmək istəyirlər. Hörmət və təriflənmək onların əsas arzularındandır.


Qız bürcü - Nizama və mükəmməlliyə dəyər verirlər. Onların gizli arzusu başqalarına xidmət etmək və kömək etməkdir. Qarşılığında gizlincə sevmək və sevilmək istəyirlər.


Tərəzi bürcü - Tək qalmağı sevmirlər. Sadiq və sevgi dolu bir əlaqədə olmaq istəyirlər.


Əqrəb bürcü - Onların gizli istəkləri öz həyatları və ətrafdakılar üzərində güc və nəzarətə sahib olmaq, eyni zamanda həyatlarında daimilik hissi yaratmaqdır.


Oxatan bürcü - Bu insanlar öz azadlıqlarını sevirlər. Onların gizli istəkləri yeni şeylər kəşf etmək və təcrübələr qazanmaq, dünyada dəyişiklik etməkdir.


Oğlaq bürcü - Onların gizli arzusu uğur qazanmaq və zəhmətləri ilə tanınmaqdır. Bu bürcün nümayəndələri həm də ailələri, dostları və yaxınları tərəfindən bəyənilmək istəyirlər.


Dolça bürcü – Bu bürcün nümayəndələri dəyişiklik yaratmaq və dünyaya müsbət təsir göstərmək arzusundadırlar.


Balıqlar bürcü - Onların gizli arzusu reallıqdan qaçmaq və öz yaratdıqları bir dünyada yaşamaqdır. Arzularını yaşamaq və fantaziyalarını reallığa çevirmək istəyirlər.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...