Məşhur alimdən süni intellektlə bağlı HƏYƏCAN TƏBİLİ: “Putin belə istifadə edə bilər”

Məşhur alimdən süni intellektlə bağlı HƏYƏCAN TƏBİLİ: “Putin belə istifadə edə bilər”

Tanınmış alim, sabiq “Google” əməkdaşı Geoffrey Hinton süni intellektlə bağlı xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, Hinton BBC-yə müsahibəsində “chatbot” kimi tanınan söhbət robotlarının tezliklə insan beyninin informasiya tutumunu keçə biləcəyini deyib.

 

“Hazırda “GPT-4” sahib olduğu ümumi məlumatların miqdarına görə insanı çox geridə qoya bilər. Düşüncə baxımından yaxşı olmasalar da, sadə əsaslandırmalar apara bilirlər. Tərəqqi sürətini nəzərə alsaq, bu sistemlərin çox tez effektiv olacağını deyə bilərik və bu bizi narahat etməlidir. Hazırda bildiyimə görə, onlar bizdən ağıllı deyillər. Lakin onlar tezliklə buna çata bilərlər”.

 

Elm adamı pis insanların süni intellekt vasitəsilə “pis işlər" görə biləcəyini vurğulayıb və bunu “kabus ssenarilərindən biri” adlandırıb:

 

“Tutaq ki, Putin robotlara öz alt məqsədlərini yaratmağa icazə verdi. Bu, sonda “Mən daha çox güc əldə etməliyəm” kimi məqsədlərə gətirib çıxara bilər. Yaratdığımız zəka növü bizdə olandan çox fərqlidir. Biz bioloji sistemik, lakin bunlar rəqəmsal sistemlərdir. Rəqəmsal sistemlərlə eyni ölçüdə birdən çox nüsxə çıxara bilərsiniz. Bütün bu nüsxələr fərqli şeylər öyrənə, biliklərini dərhal bir-biri ilə paylaşa bilər. Yəni, sizin 10 min insanınız var və onlardan biri nəyisə öyrənir, digərləri isə bu məlumatı eyni anda əldə edir. Buna görə də bu “chatbot”lar hər hansı bir insandan daha çox məlumata malikdir”.

 

Qeyd edək ki, 75 yaşlı Hinton bu yaxınlarda “Google”dakı vəzifəsindən istefa verib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...