Tələbə məşhur əsərdəki bananı yedi: "Düşündüm ki, belə maraqlıdır" – Kuryoz HADİSƏ

Tələbə məşhur əsərdəki bananı yedi:

Cənubi Koreyada maraqlı hadisə baş verib.

 

Sfera.az bildirir ki, rəssam Maurizio Kattelanın Leeum İncəsənət Muzeyində nümayiş etdirilən “Comedian” adlı rəsm əsəri gündəm olub.

 

Belə ki, koreyalı bir tələbə ac olduğunu deyərək divara yapışdırılan bananı yeyib. Noh Huyn-soo adlı tələbə bananı yedikdən sonra qabığını divara yapışdırıb. Yerli KİV-in məlumatına görə, muzey daha sonra eyni yerə yeni banan yerləşdirib. Leeum İncəsənət Muzeyi tələbədən dəymiş ziyanı tələb etməyəcəyini bildirib.

 

Qeyd olunub ki, sərgidə nümayiş olunan banan iki-üç gündən bir dəyişdirilir. Sosial mediada yayılan görüntülərdə tələbə bananı divardan götürərkən "bağışlayın" sözü eşidilib, ardınca sakitcə meyvəni yeməyə başlayıb. Daha sonra o, qabığı divara yapışdırıb və getməzdən əvvəl bir anlıq poza verib.

 

Noh Huyn-soo bu barədə yerli mediaya açıqlamasında bunları deyib: “Məncə, Maurizionun əsəri müəyyən hakimiyyətə qarşı üsyandır.  Etdiyim isə üsyana qarşı daha bir üsyan ola bilər. İncəsənət əsərinə zərər verməyə də sənət əsəri kimi baxmaq olar. Düşündüm ki, belə maraqlıdır. Banan ora yeyilməsi üçün yapışdırılmayıb?”.

 

Rəssam isə hadisə ilə bağlı danışarkən “Heç bir problem yoxdur” söyləyib.

 

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Yəni rəssam Kattelanın əsəri üçün istifadə edilən banan daha əvvəl də ziyarətçi tərəfindən yeyilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...