İçərişəhərdə zərdüştiliklə bağlı görüş - FOTOLAR

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində “Zərdüşt dininin Azərbaycan ilə əlaqəsi, dinin fəlsəfəsi və Zərdüşt peyğəmbər” mövzusuna həsr edilmiş görüş keçirilib.
Sfera.az bildirir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə paylaşım edib.
O, görüş barədə bunları qeyd edib:
“Görüşdə “İçərişəhər" Muzey Mərkəzinin Ekspozisiyalar və Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi Seyid Tağıyevin “Zərdüşt dini və Azərbaycan”, ”Zərdüşt dininin fəlsəfəsi beynəlxalq mənbələrdə”, “Zərdüşt peyğəmbər və onun beynəlxalq aləmə təsiri və nüfuzu”, ”Suraxanı Atəşgahı”, “Tanınmış zərdüştlər”, “İçərişəhəri Zərdüşt dini ilə nələr birləşdirir” başlıqlı məruzələri dinlənilib, diskussiyalar aparılıb. Bakı Fotoqrafiya Evində baş tutan görüşdə İçərişəhər sakinləri, “İçərişəhər” DTMQ İdarəsinin əməkdaşları və görüş tərəfdaşımız "Cult Baku Private Members Club"ın üzvləri iştirak ediblər”.
Türkan