Heykələ ilişən adam 5 min dollar ziyana düşdü

Heykələ ilişən adam 5 min dollar ziyana düşdü

Kanadanın Alberta əyalətinin paytaxtı Edmontonda yanğınsöndürənlərdən ibarət üç qrup yerli əlamətdar yerin - Talus Qübbəsi heykəlinin içərisində ilişib qalmış 26 yaşlı oğlanı xilas etməli olub.

 

Sfera.az bildirir ki, hadisə bu gün Kanadada baş verib. Xilasedicilər şəxsi oradan çıxarmaq üçün xüsusi alətin köməyi ilə konstruksiyanı açmağa məcbur olublar. Zərərçəkmiş təkcə əmlaka dəymiş ziyanı ödəməli olmayacaq, həm də həbsxanaya göndərilə bilər. Qeyri-adi hadisənin şahidlərinin sözlərinə görə, kişi heykələ çox yaxınlaşıb və onun üzərinə çıxmaq istəyərkən konstruksiyadakı dəlikdən içəri sürüşüb. Yoldan keçən bir nəfər içəridə kiminsə ilişib qaldığını görüb və xilasetmə xidmətinə müraciət edib. Üç yanğınsöndürmə briqadası şəxsi xilas etmək üçün ağır xilasetmə texnikasından istifadə etməyə məcbur olub. Yanğınsöndürənlər konstruksiyanı açmalı və kürələrdən birini zədələmədən adamı çıxarmalı olublar.

 

Hadisənin şahidi Hans Klyaver: “Mən şarları xoşlayıram, onları sevən nadir adamlardanam, ona görə də baxmaq üçün aşağı düşdüm. İçəridə bir oğlan var idi" - deyə bildirib. KİV-in məlumatına görə, 26 yaşlı kişi 5 min dollardan çox ziyan vurmaqda ittiham olunur, onu həbs gözləyir. Heykəl Talus Günbəzi Şəkil: Qeyd edək ki, Kesnell körpüsünün yanında yerləşən Edmontondakı Talus Dome 2011-ci ildə inşa edilib. O, yerli ərazini əks etdirən 1000-dən çox əl işi metal toplardan ibarətdir. Art-obyekt rəssamlar Benjamin Ball və Gaston Nogues tərəfindən yaradılmışdır.

 

Onların fikrincə, əsər qalaq-qalaq daşları təqlid edir və insan ilə təbiətin birgə mövcudluğuna işarə edir.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...