MAQATE-nin baş direktoru İrana getdi

MAQATE-nin baş direktoru İrana getdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi cümə günü Tehrana gedib. 

 

Sfera.az xəbər verir ki, o, İranın paytaxtında İslam Respublikasının rəsmiləri ilə danışıqlar aparacaq. Bu barədə Tasnim agentliyi məlumat yayıb.

 

Agentliyin baş direktoru Tehranın Mehrabad hava limanına gəlib və onu rəsmi olaraq İranın Atom Enerjisi Təşkilatının (AEOI) beynəlxalq məsələlər və hüquqi məsələlər üzrə müavini, mətbuat katibi Behruz Kamalvəndi qarşılayıb. 

 

Xatırladaq ki, 2022-ci ilin dekabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi İranın Nüvə Proqramı üzrə Birgə Fəaliyyət Planının (JCPOA) bərpası üzrə dialoqun canlanmasına ümidin olduğunu bildirmişdi.

 

İnci



 


OXŞAR XƏBƏRLƏR