Mirzoyanla Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdilər

Mirzoyanla Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdilər

Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir.


Görüş Nyu-Dehlidə beynəlxalq konfrans çərçivəsində baş tutub.

 

Tərəflər arasında Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli sazişlərə əsasən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün bütün istiqamətlərdə səylərin intensivləşdirilməsinin aktuallığı qeyd edilib. 


Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər, həmçinin  beynəlxalq platformalarda əməkdaşlığın təşviqinə yanaşmalara toxunublar.

 

İnci


OXŞAR XƏBƏRLƏR