İsrailin Hibru Universiteti ilə BDU əməkdaşlıq edəcək - FOTOLAR

Təhsil
12:52 / 01.11.2022
7626
İsrailin Hibru Universitetinin (The Hebrew University of Jerusalem) prorektoru, dekanı, vitse dekanı və biotexnologiya proqramları rəhbərləri Bakı Dövlət Universitetini ziyarət ediblər.
Sfera.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat verib.
Direktor qeyd edib ki, iki universitet arasında biotexnologiya sahəsində tədqiqat ağırlıqlı əməkdaşlıq üçün ilkin addımlar atılıb. BDU-nun gənc tədqiqatçılarının biotexnologiya, mikrobiologiya və molekulyar biologiya sahəsində elmi araşdırmaları Hibru Univetsiteti professorları tərəfindən yüksək qiymətləndirilib.
Vəsilə İbrahim,
Sfera.az