“Twitter”də mavi kliklilər üçün pis xəbər - Ödənişli olacaq

“Twitter”də mavi kliklilər üçün pis xəbər - Ödənişli olacaq

“Twitter”in yeni sahibi Elon Mask öz işçilərinə ilk ultimatumunu verib. Maskın idarəçiliyində olan Twitter istifadəçilərdən mavi klik üçün aylıq ödəniş tələb edəcək. Mavi klik üçün ayda tələb olunacaq məbləğ artıq müzakirələrə səbəb olub.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, “Twitter”in əlavə parametrlətini aktiv edən aylıq 4,99 dollarlıq “Twitter Blue”nu hazırda 19,99 dollar ödənişlə təklif etməyi planlaşdırır.
 

Cari plana əsasən, təsdiqlənmiş istifadəçilərin abunəliyi davam etdirmək və ya mavi işarəsini itirmək üçün 90 gün vaxtı olacaq.
 

Layihə üzərində işləyənlərə funksiyanı işə salmaq üçün noyabrın 7-nə qədər vaxtlarının olduğu, əks halda işdən çıxarılacaqları bildirilib.
 

Qeyd edək ki. Elon Musk hələ “Twitter” sahibi olmadan əvvəl verdiyi açıqlamalarda hesabın təsdiqi və botlarla mübarizədə fərqli yanaşma tətbiq edəcəyini bildirmişdi.


"Bütün yoxlama prosesi hazırda yenilənir" - deyə o, bazar günü öz tvitter hesabında yazıb.
 

Musk abunəliyi tətbiqdə əhəmiyyətli bir fürsət olaraq gördüyünü dəfələrlə dilə gətirib. Keçən həftə Twitter işçiləri ilə keçirdiyi görüşdə o, bu tətbiqin gəlirinin 50%-ni istifadəçilərdən təşkil etməyi düşündüyünü bildirib.
 

2-ci rüb üzrə maaliyə hesabatına görə “Twitter”in aylıq gəliri təxminən 1,2 milyard dollar təşkil edir. Bu hesabla Musk istifadəçilərdən ayda təxminən 600 milyon dollar qazanmağı hədəfləyir.
 

Hazırkı vəziyyətdə Maskın bu hədəfə çatması üçün “Twitter”in aktiv istifadəçi bazasının yarısından çoxunu təşkil edən 120 milyon istifadəçinin “Twitter Blue” abunəliyi üçün ayda 4,99 dollar ödəməsi lazımdır.
 

“Twitter Blue”nun aylıq ödənişi 19,99 dollara qaldırılarsa, bu ödənişli abunəçilərin sayını 30 milyona çatdırmaq üçün kifayət edəcək.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...