“Elektron akçe” – Türk dövlətləri ortaq valyutaya keçir?

“Elektron akçe” – Türk dövlətləri ortaq valyutaya keçir?

“Dolların ehtiyat vəsaitlərin saxlanması kimi rolu son 10 ildə getdikcə artır, amma bu, o demək deyil ki, “dollar dünyasında” problemlər yoxdur. Təbii ki var və getdikcə artacaq”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, qlobal dünyadan fraqmental dünyaya keçid sürətləndikcə yeni regional cəlbedici valyutalar yaranacaq:

 

“Bu gün Çin yuanı artıq elə bir rol almağa yaxındır, çünki Çin valyutası dollara qarşı ən az volotil, yəni dəyəri az “oynayan” valyutalardan biridir. 2011-2021-ci illər arası Çin valyutası bir dollara qarşı 6,22 yuanla 7,10 yuan arası dəyişib. Oynaqlıq çox azdır, bu isə yuanı cəlbedici edir. Amma yuanın da ən zəif nöqtəsi odur ki, dollara, ABŞ iqtisadiyyatına çox bağlıdır. ABŞ-Çin qarşılıqlı ticarət dövriyyəsi 2021-ci ildə 2020-ci ilə nisbətən 28,7% artaraq  755 milyard 640 milyon dollar olub. ABŞ uzun illərdir ki, Çinin bir nömrəli ticarət tərəfdaşıdır. Məsələn, Rusiya isə Çinin ticarət dövriyyəsidə 11-ci yer tutur”.

 

Ekspert bildirib ki, Türk Dövlətləri Birliyi də gələcək üçün özlərinin ticarət əlaqələrini gücləndirmək yollarından biri kimi ümumi valyutanın yaradılması haqqında düşünməlidirlər:

 

“Bu,  klassik “kağız pul” olmaya da bilər, hətta olmamalıdır. Sadəcə, ölkələrin öz valyutalarını saxlamaq şərti ilə ortaq "dijital" pul vahidi, məsələn, “elektron akçe” dövriyyəyə buraxmaq olar. Bu addım TDB-nin qarşılıqlı ticarəti sürətləndirmək üçün geniş perspektivlər aça, birliyin “dollar, avro və yuan dünyası” ilə də iqtisadi münasibətlərin artmasına səbəb ola bilər”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR