Avropa Azərbaycanı aldatmağa çalışır, ancaq hər dəfə oyundan kənarda qalır - ŞƏRH

Avropa Azərbaycanı aldatmağa çalışır, ancaq hər dəfə oyundan kənarda qalır - ŞƏRH

Oktyabrın 17-də Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Şurası Cənubi Qafqazdakı vəziyyəti müşahidə etmək, təhlil etmək və hesabat vermək üçün Ermənistanın Azərbaycanla sərhəd hissəsinə 40-a yaxın ekspert-müşahidəçilərinin yerləşdirilməsi barədə qərar qəbul edib.

 

Sfera.az bildirir ki, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Bu missiyanın göndərilməsi barədə qərar 2022-ci ilin oktyabrın 6-7-si tarixlərində Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında dördtərəfli görüşdən sonra qəbul olunub. Azərbaycan, öz ərazisində belə bir missiyadan imtina edib. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq öz sərhədlərini qoruyur. Ona görə də, Praqada Prezident Əliyev bildirdi ki, Azərbaycan missiya ilə əməkdaşlıq məsələlərini özünə aid olan hissədə adi qaydada həll edəcək. Lakin avropalılar Praqada əldə olunan razılaşmaları pozaraq, açıq şəkildə təxribata əl atdılar. Ermənistana missiya göndərmək qərarında missiyanın mandatı, səlahiyyəti əhəmiyyətli dərəcədə artırılıb.

 

Missiya ilə bağlı qərarda deyilir:

“Bu qərar oktyabrın 6-da Prezident Əliyev, Baş nazir Paşinyan, Prezident Makron və prezident Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra qəbul olunub. Onun məqsədi regionda sülhün və təhlükəsizliyin bərpası, etimadın yaradılması və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasıdır”.

Qərar mətnindən görünür ki, Aİ mandatına özbaşına “regionda sülh və təhlükəsizliyin bərpası” fikrini daxil edib ki, bu da texniki monitorinq qrupunun deyil, tam hüquqlu sülhməramlı missiyanın mandatına uyğundur. Eynilə, Praqa Bəyanatında missiyanın bölgədəki vəziyyəti izləmək, təhlil etmək və hesabat vermək məqsədi barədə heç nə demir. Halbuki, bu xətt Avropa Şurasının son açıqlamasında sanki sehrli şəkildə ortaya çıxıb. Praqa Bəyannaməsində yalnız delimitasiya komissiyalarının işinə kömək edə biləcək hesabatlardan bəhs edilir. Bu geniş şərh rəsmi Bakı ilə razılaşmadan verilib. Azərbaycan tərəfi Praqada belə bir şərhə razılıq verməyib. Avropa Şurasının 17 oktyabr tarixli qərarının 3a maddəsinin 2-ci bəndi Ermənistandakı missiyanın “mümkün uzadılmasına” istinad edir. Müddətin uzadılması missiyanın yerləşdirilməsi tarixindən 6 həftə sonra Avropa Şurası tərəfindən nəzərdən keçirilə bilər. Lakin Praqa Bəyannaməsində açıq şəkildə qeyd olunur ki, missiya oktyabrdan etibarən maksimum iki ay müddətinə işinə başlayacaq. Belə ki, Praqa Bəyannaməsində tərəflər Aİ missiyasının müddətinin maksimum limitini açıq şəkildə müzakirə ediblər. Paşinyan isə artıq hay-küy salmağa başlayıb və hökumətin bugünkü iclasında bəyan edib ki, zərurət yaranarsa, Ermənistan sərhədində Aİ-nin monitorinq missiyasının uzadılmasını müzakirə etmək olar. Burada hər şey aydındır. Ermənilər saman çöpündən yapışmaqda davam edir və əsas məqsədi danışıqlar prosesini bulandırıb Azərbaycan qarşısında götürdükləri öhdəliklərdən imtina etməyə çalışırlar.
 

 

Nəhayət, daha bir kiçik detal: Praqa Bəyannaməsində müşahidəçilərin yalnız öz hesabatları vasitəsilə delimitasiya komissiyalarının işinə töhfə verə biləcəyini açıq şəkildə göstərilib. Amma bu halda belə, Avropa Şurasının 17 oktyabr tarixli qərarı daha da genişləndirilərək beynəlxalq sərhədin delimitasiyasına dəstəkdən bəhs edilir. Mandatın icazəsiz genişləndirilməsi ilə bağlı düzəlişlərin arxasında bu gün Fransanın Qafqazda mövcudluğunu təmin etmək üçün Aİ-ni vasitəçi edən Emmanuel Makronun geosiyasi ambisiyalarının gizləndiyi şübhəsizdir. Rusiya və Türkiyədən fərqli olaraq, Paris Ermənistana ehtiramlı dəstəyi ilə tanınır və bu davranış bütövlükdə Avropanın vasitəçilik missiyasını sarsıdır. Belə bir şəraitdə Bakının Avropa müşahidə missiyası ilə istənilən qarşılıqlı əlaqəni dayandırmaq hüququ var (üstəlik, bu, yeganə düzgün qərardır). Əgər avropalılar Fransanın təzyiqi ilə yazılı razılaşmaları pozmağa qərar veriblərsə, o zaman Azərbaycan bu sirkdə iştirak etməyəcəyini açıq şəkildə bildirməlidir. Yeri gəlmişkən, bu, oktyabrın 21-dən 27-dək Ermənistan hökumətinin dəvəti ilə Ermənistana qiymətləndirmə qrupunun göndərilməsi ilə bağlı ATƏT-in qərarına da aiddir. 30 ilə yaxın Azərbaycan torpaqlarının işğalı zamanı ATƏT Azərbaycanın işğal olunmuş ərazilərinə bir dəfə də olsun səfər etməyib. Həmçinin, müharibədən sonra ATƏT Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanması problemi ilə heç vaxt maraqlanmayıb. Ən əsası isə odur ki, Ermənistana ATƏT missiyasının göndərilməsi barədə qərar ATƏT-də standart konsensus qərar qəbul etmə mexanizmindən yan keçməklə qəbul edilib. Buna görə də, Azərbaycan heç bir halda ATƏT bayrağı altında “turistl”ərlə əməkdaşlıq etməyəcək. Deyirlər ki, siyasətdə heç kimə etibar etmək olmaz. Bu fikir düzgün qənaətdir. Lakin 28 ildir ki, ölkə ərazilərinin işğalı probleminə dünya ictimaiyyətinin biganə münasibətindən məyus olan Azərbaycan ictimaiyyətinin İkinci Qarabağ müharibəsindən sonra Avropanın heç olmasa, qərəzli yanaşmadan əl çəkəcəyinə və bir az da olsa, səbirsizliklə qarşıdurmalara qarşı mübarizə aparacağına ümid bəsləyirdi. Təəssüf ki, hadisələrin gedişi göstərdi ki, ümidlər puça çıxdı - avropalılar Makronun təzyiqi altında həyata keçirilməmiş geosiyasi ambisiyalardan əziyyət çəkən, təkcə ümumbəşəri dəyərləri deyil, beynəlxalq hüququ alt-üst edərək, etimadı doğrultmadılar. Bundan sonra çətin ki, Bakı Brüssel və ya Parisin növbəti “sülhməramlı” təşəbbüslərinə razı olsun. Təşəkkür edirəm, biz sənsiz də öhdəsindən gələcəyik.

 

Mənbə: Caliber.az

Tərcümə: Orxan

 

 

 

 


OXŞAR XƏBƏRLƏR