20 oktyabr mərci 70 nəfərin ölümünə səbəb olmuşdu - FOTO

20 oktyabr mərci 70 nəfərin ölümünə səbəb olmuşdu - FOTO

Tarix boyu çox təyyarə qəzaları olub. Lakin indiyə qədər bəlkə də heç vaxt mərc üzərində baş verən təyyarə qəzası eşitməmisiniz.

 

Sfera.az bu yazıda sizə iki pilotun cinayət tərkibli məsuliyyətsizliyi ucbatından baş verən qəza haqqında məlumatları təqdim edir.
 

Qeydiyyat nömrəsi 65766 olan Tu-134 təyyarəsi 1986-cı il oktyabrın 20-də Sverdlovsk-Kuybışev-Qroznı marşrutu ilə uçurdu. Hələ uçuşdan əvvəl təyyarənin kapitanı ikinci pilotla mərcləşmişdi ki, təyyarəni “kor” şəkildə, yəni vizual görüntüdən istifadə etmədən, ancaq cihazlar vasitəsilə endirə bilər.
 

Təyyarə Kuybışevdə enməyə hazırlaşarkən kapitan öz tərəfindəki şüşələri “kor uçuş” pərdələri ilə bağlayır və enməyə başlayır. Amma dediyini bacarmır. Təyyarə zolağa eniş xəttindən daha yuxarıda, böyük tanqaj bucağı altında, icazə veriləndən daha yüksək üfüqi və şaquli sürətlə daxil olur. İkinci pilot da qalıb baxır, mərci udacağını gözləyir.
 

Nəticədə Tu-134 böyük sürətlə zolağa çırpılır, hər üç şassi sınır, təyyarə “qarnı” üstə düşərək sürüşməyə başlayır, əvvəlcə sol, sonra sağ qanadı qopur. Bir qədər sürünəndən sonra arxası üstə çevrilir, korpus iki hissəyə bölünür. Çənlərdən axan yanacaq yanmağa başlayır.
 

Qəza nəticəsində təyyarədə olan 94 nəfərdən (87 sərnişin, 7 heyət üzvü) 70-i həlak olur. Onların arasında mərci udan ikinci pilot da vardı. O, əvvəlcə sağ qalsa da, sərnişinləri xilas edərkən zəhərli qazların təsirindən boğulur 24 nəfər, o cümlədən kapitan, aldığı xəsarətlərə baxmayaraq, sağ qalır.
 

Məhkəmə təyyarənin kapitanı Aleksandr Klyuyevi 15 il azadlıqdan məhrum edir. Amma SSRİ Ali məhkəməsi 70 nəfəri səhvən deyil, cinayətkar məsuliyyərsizlikdən öldürən adamin cəzasını cəmi 6 ilə endirir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...