Böyük Britaniyanın baş naziri Liz Truss istefa verdi

Böyük Britaniyanın baş naziri Liz Truss istefa verdi

Böyük Britaniyanın baş naziri Liz Truss istefa verdiyini açıqlayıb.


Sfera.az Britaniya mətbuatına istinadən bildirir ki, bu barədə Baş nazir Dauninq-stritdəki iqamətgahında bəyanat verib.


Truss yeni hökumət qurulana qədər vəzifəsində qalacağını bildirib.


Baş nazirin bir müddət istefa verəcəyi iddiası gündəmdə idi. Marqaret Tetçerdən sonra 2-ci Dəmir Ledi kimi tanınan Truss son vaxtlar ölkədəki iqtisadi böhran və partiyasındakı ardıcıl istefalar səbəbindən çətin seçim qarşısında qalmışdı.
 

Truss çıxışında keçən ay büdcə böhranı səbəbindən İngiltərəni bürüyən iqtisadi xaosa da toxunub. O, Mühafizəkarlar Partiyasının narazılıqlara səbəb olmuş iqtisadi proqramına görə baş nazir vəzifəsindən istefa verdiyini deyib.
 

Açıqlamasında Truss yeni baş nazir seçilənə qədər vəzifəsində qalacağanı bildirərək, Kral III Çarlza istefa ərizəsini təqdim etdiyini bildirib.
 

Qeyd edək ki, Böyük Britaniyanın yeni baş nazirinin iki həftə ərzində partiyada səsvermə yolu ilə müəyyən ediləcəyi açıqlanıb.
 

İngiltərənin bəzi bölgələrində əhalinin “Boris Consonu geri qaytarın” kampaniyasına başladığı bildirilir.
 

Bəzi siyasi ekspertlər isə Consonun hadisələrə münasibətini şərh edib. Consonun bütün bunların milli maraq məsələsi olduğuna inanıdığını, buna görə də
Mühafizəkarlar Partiyasının seçkilərində iştirak edəcəyini bildirib.


Qeyd edək ki, Consondan başqa Rishi Sunak və Penny Mordaunt da Britaniya baş naziri vəzifəsinə adları səsləndirilən namizədlər arasındadır.

 

Aynil


OXŞAR XƏBƏRLƏR