“Amerikalılar Nikol Paşinyanı təhrik edirlər ki...” - Açıqlama

“Amerikalılar Nikol Paşinyanı təhrik edirlər ki...” - Açıqlama

“Qarabağ separatçılarının lideri Araik Arutunyana İrəvandakı görüşlərdə izah etdilər ki, Ermənistan gücsüzdür, Azərbaycanla şifahi razılaşmalar var, ona görə problemlərinizi özünüz həll edin. Araik Arutunyan da indi Moskvaya getməyə hazırlaşır ki, Rusiyadakı dairələrin mövqeyini öyrənsin. Araik Arutunyan Moskvadan dəstək umarkən, İrəvan Qərblə yaxınlaşmağa çalışır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosidən sonra Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Deyvid Prays İrəvana gedib:

 

“Amerikalı konqresmenlər və diplomatlar Azərbaycanla qarşıdurmada Ermənistana bir şərtlə dəstək vədi verirlər ki, İrəvan Rusiyadan uzaqlaşsın. Misal üçün, qatı ermənipərəst konqresmen Frenk Pallone son açıqlamasında bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyinə, o cümlədən NATO ilə yaxınlaşmasına təminat verməyə hazırdır, ancaq bunun üçün İrəvan Moskva ilə təhlükəsizlik anlaşmalarına yenidən baxmalı və Rusiyanın Gümrüdəki hərbi bazasından imtina etməlidir. Amerikalılar Nikol Paşinyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə də təşviq etməyə çalışırlar. Paşinyan üçün təhlükəli gedişatdır.

 

Birincisi, Paşinyan anlayır ki, Rusiya ilə ittifaqdan imtina onun özünə və Ermənistana baha başa gələcək.

 

İkincisi, Paşinyan Rusiyanın yerinə ABŞ-ın  Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə əmin deyil.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...