Türkiyədən idxal edilən mallar BAHALAŞDI - STATİSTİKA

Türkiyədən idxal edilən mallar BAHALAŞDI - STATİSTİKA

Türkiyədə istehsal olunan və xaricə satılan məhsulların qiyməti son bir ildə kəskin şəkildə yüksəlib. 


Sfera.az Türkiyə Statistika Qurumuna istinadən xəbər verir ki, sentyabr ayında ixrac malları 117 faiz, yəni 2,17 dəfə bahalaşıb.


Xaricə satılan məhsullar arasında ən yüksək illik qiymət artımı enerji sektoruna aid məhsullarda olub. İllik əsasda koks və emal olunmuş neft məhsulları müvafiq olaraq 211,54%, digər qeyri-metal mineral məhsullar 143,59%, kimya məhsulları 142,91% artıb. 


Ən az artan 80,82% ilə tütün məmulatları, 81,66% ilə geyim, 96,15% ilə dəri və əlaqədar məmulatlar olub.


Qeyd edək ki, Azərbaycan Türkiyədən böyük miqdarda məhsul idxal edir. Bu ilin ilk 9 ayında 1,624 milyard dollar dəyərində idxal həyata keçirilib. 


İdxal edilən mallar arasında geyim, kimya sənayesi məhsulları, qida malları, əczaçılıq məhsulları üstünlük təşkil edir. Son aylarda həmin məhsulların dəyərinin yüksəlməsinə Türkiyədən ixrac edilən malların bahalaşması da kömək edib.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR