Ukrayna savaşında SON DURUM: Rusiyanın yeni hədəfi bəlli oldu

Ukrayna savaşında SON DURUM: Rusiyanın yeni hədəfi bəlli oldu

Son həftələrdə Rusiyanın Ukrayna ərazisinə hücumları vahid hədəfə yönəlib.

 

Sfera.az bildirir ki, ölkənin elektrik infrastrukturu əsas hücum obyektinə çevrilib. Ukrayna isə buna  cavab olaraq bu gün səhər saatlarından etibarən ölkə üzrə elektrik enerjisinin verilişini məhdudlaşdırmağa qərar verib. Prezident Ofisinin rəsmisi Kirilo Timoşenko ukraynalıların indi “fasiləsiz ixtisarlara” hazırlaşmalı və enerjiyə qənaət etməli olduqlarını deyib:

 

“Səhər saat 7-dən axşam 23.00-a qədər elektrik enerjisindən istifadəni minimuma endirmək lazımdır. Bu, ölkənin bütün regionlarının sakinlərinə aiddir”.

 

Ukraynanın milli enerji şirkəti də vətəndaşlara müraciət edib. Qurum qeyd edib ki, bu gün axşam saatlarında dörd saata qədər elektrik kəsilməsi olacaq və bunun bütün ölkəyə təsir etməməsi üçün hər şey enerjiyə qoyulmalıdır: “Yəni telefonlar, xarici batareyalar, projektorlar və akkumulyatorlar doldurulmalıdır”.

 

Şəbəkə operatoru Ukrenergo bildirib ki, məhdudiyyət hələlik qısamüddətli görünsə də, soyuq ayların başlaması ilə əlaqədar gələcəkdə daha böyük məhdudiyyətlər lazım olacaq.

 

Kiyevin meri Vitali Kliçko də paytaxt sakinlərindən iri elektrik cihazlarını yandırmamağı xahiş edərək fikirlərini bu cür davam etdirib: “Hətta cüzi qənaət və hər bir yaşayış məntəqəsində elektrik enerjisi istehlakının azaldılması milli enerji sisteminin fəaliyyətini sabitləşdirməyə kömək edəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR