Gəncədə terror qurbanlarının anım tədbiri keçirildi - FOTOLAR

Gəncədə terror qurbanlarının anım tədbiri keçirildi - FOTOLAR

44 günlük Vətən müharibəsi dövründə Ermənistanın Gəncə şəhərinə raket atması nəticəsində həlak olmuş terror qurbanlarının anım tədbiri keçirilib.

 

Sfera.az xəbər verir ki, bu dəhşətli hadisənin ikinci ildönümündə Azərbaycanda fəaliyyət göstərən 50-yə yaxın səfirin, diplomatik korpus nümayəndələrinin, xarici və yerli media nümayəndələrinin Gəncəyə səfəri təşkil olunub.

 

Səfər zamanı xarici nümayəndələr şəhərin infrastrukturu, yaşayış binalarına yetirilmiş və mülki şəxslərə vurulmuş ziyanın nəticələri ilə yerində tanış olublar.

 

Daha sonra anım tədbiri baş tutub. Anım tədbirində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov “Dəmir yumruq” əməliyyatı dövründə prokurorluq orqanlarının da aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini deyib.

 

Xarici işlər nazirinin müavini Elnur Məmmədov isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin törədilmiş cinayətlərə görə heç bir məsuliyyəti üzərinə götürmədiyini deyib.

 

"Azərbaycan XİN beynəlxalq ictimaiyyət qarşısında dəfələrlə Ermənistanı məsuliyyətli davranışa çağırıb, törədilmiş cinayətlərə görə, məsuliyyəti qəbul edib təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsini qaldırıb" - E. Məmmədov deyib.

 

Turan Rzayev

 

Fotolar: Anar Bayramlı

 

 


OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...