“Sərhəddə baş verəcək təxribatlara hazır olmalıyıq…” – Cümşüd Nuriyev

“Sərhəddə baş verəcək təxribatlara hazır olmalıyıq…” – Cümşüd Nuriyev

Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları toplayır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilir ki, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

 

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Ermənistan növbəti təxribatını Fransanın təkidi ilə hazırlayır:

 

“Sərhəddə artilleriya qurğularının toplanması o demək deyil ki, Makronu “Dağlıq Qarabağ” maraqlandırır, Fransa prezidentinin məqsədi başqadır. ABŞ görür ki, Türkiyənin başçılığı ilə Turan yaranır və bu, yalnız ABŞ-ı narahat etmir. İran və Çin də Turanın ideyasından çəkinir. Eyni zamanda Rusiya da bu məsələdə Türkiyənin yanında deyil. Göründüyü kimi, Türkiyə böyük dövlətləri qarşısına alıb, amma o dövlətlər açıq şəkildə bunu deyə bilmirlər və Makronu ortaya salıblar. Plan belədir ki, Fransanın əli ilə Azərbaycan sərhəddində təxribat törədilsin və ordumuz onlara cavab versin. Fransa sərhəddə 50 nəfərdən ibarət müşahidəçi missiyası da göndərib, həmin missiyanın əsas məqsədi odur ki, törədilmiş təxribat vaxtı ancaq Azərbaycanın əleyhinə materiallar hazırlansın. Bir sözlə, ölkəmizə qarşı çox böyük təxribat hazırlayırlar. Ermənistanda müddətsiz səfərbərliyin elan edilməsi, Ermənistan müxalifəti ilə iqtidarı arasında qarşıdurmanın getdikcə artması, Paşinyanın saxta Qarabağ rəhbərini qəbul etməməsi, onların isə Moskvaya üz tutması, İranın Fransadan fərqli olmayan bəyanatlar verməsi - bütün bunlar göstərir ki, əslində ABŞ iki dövlətin ikisindən də istifadə edir. Amerika həm Fransanın, həm də İranın əli ilə Azərbaycana qarşı təxribat hazırlayır”.

 

C.Nuriyev qeyd edib ki, Fransa və Amerikanın antitürk və antiİslam kimi psixoloji kompleksləri var:

 

“Türkiyə və Azərbaycanın adı gələndə sanki allergiyaları tutur. Ona görə də sərhəddə belə məqamlar yenə baş verəcək. Mediamız daha çox çalışmalı, siyasətlə məşğul olanlar araşdırmalarını artırmalıdır. Ölkə daxilindəki və xaricindəki müəyyən qüvvələr var ki, bu vəziyyətdən yararlanırlar. Yaxşı olar ki, müvafiq dövlət qurumları daxilimizdə və xaricdə olan həmin şəxslərlə maraqlansınlar və öyrənsinlər ki, onları kim maliyyələşdirir, məqsədləri nədir? Bütün bunlar zəncirvari məsələlərdir, Fransa isə antiAzərbaycan təbliğatı aparır. Ona görə də sərhəddə baş verəcək təxribatlara hazır olmalıyıq. Söhbət yalnız ordudan getmir, Azərbaycan mediası, qanunvericiliyinin də hazırlıqlı olması vacibdir. Türkün türkdən başda dostu yoxdur, əl-ələ verib özümüzü qorumalıyıq”.

 

Yeganə


OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...