Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ
Əksər aztəminatlı ailələr ünvanlı sosial yardım almağın yolunu bilmir. Tələb olunan sənədləri düzgün vermədikləri üçün onların müraciəti qəbul edilmir və müavinətsiz qalırlar. Bəs ünvanlı sosial yardım almaq üçün hansı qaydada müraciət etmək lazımdır?
 
Baş Prokurorluğun mətbuat xidmətindən mövzu ilə bağlı verilən cavabı təqdim edirik:
 
"Ailəni təmsil edən yetkinlik yaşına çatan və əmək qabiliyyətli şəxs, o, olmadıqda ailə üzvü olmayan qəyyum, köməkçi və ya vəkil edilən şəxs sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə ərazi icra nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariusda təsdiqlənir.
 
Müraciəti nümayəndə etdikdə, şəxsin qəyyum və köməkçi olmasını təsdiq edən sənəd də arayışa əlavə olunmalıdır. Təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs, yəni təmsilçi Elektron hökumət və ya nazirliyin e-sosial portalında yerləşdirilən ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi elektron xidmətdən istifadə etməklə ərizə-bəyannaməni dolduraraq nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin ünvanlı yardım (VEMTAS) altsisteminə göndərir.

Elektron formada göndərilən müracitə həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və ya təmsilçinin ərizə-bəyannamədə qeyd etdiyi əlaqə vasitələrinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş 3 gün müddətinə göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardıma müraciət etdiyi gün sayılır.

Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətinə araşdırılır və sosial yardımın təyin olunub-olunmaması barədə qərar qəbul edilir. Nəzərə almaq lazımdır ki, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım üçün ikinci dəfə də müraciət edə bilər”./Lent.az/

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...