Ölümündən 4 gün öncə İlhamə Quliyeva Tolikə görün nə verib

Ölümündən 4 gün öncə İlhamə Quliyeva Tolikə görün nə verib
Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür. 

Bir çox tanınmışlar kimi prodüser Tarix Əliyev (Tolik) də mərhum xalq artistini yad edib, onun ünvanına xoş sözlər söyləyib:

"Allah sizə rəhmət eləsin. Bu gün sağ olsaydınız, inanın, bütün məşhurlar şəklinizi qoyub, "kraliçamız, primadonnamız, anamız, atamız, böyüyümüz" yazıb sizi təbrik edərdilər. Amma həyat fanidir, siz həyatdan köçdünüz. Üzünü dartdırıb, dodağına 1 kilo boya sürənlər, ömür boyu doğum günü qeyd etməyib, siz dünyadan köçəndən sonra özlərinə təmtəraqlı ad günü edənlər özlərini şou-biznesdə böyük fiqur sayırlar. Nə isə, İlhamə xanım bu dünyadan köçüb getsə də onun adını çəkib gündəmdə qalanlar hələ də var. Bir gün onlar da sizin yanınıza gələcəklər, görün onda nə olacaq!" .

Tolik vurğulayıb ki, İ.Quliyeva ölümündən 4 gün öncə Dağıstanın əməkdar mədəniyyət işçisi adı alması münasibətilə ona pul hədiyyə etmək istəyib:

"Ad almağım tədbirində mənə konvertdə pul uzatdı. Almadım, dedim ki, sizin gəlişiniz 1 milyona dəyər. Mənə dedi nəsə özümü pis hiss edirəm. Həmin günü heç nə yemədi. Amma canlı oxudu, deyib güldü".

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...