Geopolitik qarşıdurma: "Moskva Ankara ilə hesablaşmaq məcburiyyətindədir" - ŞƏRH

Media
19:20 / 28.03.2022
2541
"Rusiya-Ukrayna danışıqlarının İstanbulda keçirilməsi prosesin texniki mərhələdən siyasi müstəviyə keçməsidir”.
"Ankaranın vasitəçiliyi tərəflər arasında danışıqların müsbətə doğru dəyişməsinə gətirə bilər. Çünki, Rusiya ordusu irəliləyə bilmir və müdafiə mövqeyinə çəkilib. Putin danışıqlar prosesində bu "əməliyyatla" öz məqsədlərinə çatdığını və Ukraynanın neytral ölkə və NATO üzv qəbul edilməyəcəyini vurğulamaqla atəşkəsə gedə bilər. Amma Donbasla Krım arasında çalışacaq ki, quru yolu təmin edib əlində saxlasın.
Ukrayna prezidenti Zelenski ölkəsinin şərtlərini açıqlayıb, Moskvada əvvəlki sərt tələblərindən geri çəkilib. Amma Qərb xüsusilə, Vaşinqton müharibənin bir müddət davam etməsində maraqlıdır. Bununla Rusiyanı tamamilə defolt vəziyyətinə gətirilməsi təmin edilməlidir. Təbii ki, Putin də Ukraynada uduzması və müharibənin davam etməsinin onun əleyhinə işlədiyinin fərqindədir”.
Politoloq bildirib ki, geopolitik qarşıdurmada tam məğlubiyyət Rusiyanın izolyasiyasını dərinləşdirəcək:
Bunu Rusiya-Ukrayna münasibətlərində Türkiyənin vasitəçiliyini şərh edən politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında deyib.
O qeyd edib ki, Türkiyə aktiv şəkildə vasitəçiliyə başlamaqla, Cənubi Qafqazda əsas söz sahibi olacaq:
"Ankaranın vasitəçiliyi tərəflər arasında danışıqların müsbətə doğru dəyişməsinə gətirə bilər. Çünki, Rusiya ordusu irəliləyə bilmir və müdafiə mövqeyinə çəkilib. Putin danışıqlar prosesində bu "əməliyyatla" öz məqsədlərinə çatdığını və Ukraynanın neytral ölkə və NATO üzv qəbul edilməyəcəyini vurğulamaqla atəşkəsə gedə bilər. Amma Donbasla Krım arasında çalışacaq ki, quru yolu təmin edib əlində saxlasın.
Ukrayna prezidenti Zelenski ölkəsinin şərtlərini açıqlayıb, Moskvada əvvəlki sərt tələblərindən geri çəkilib. Amma Qərb xüsusilə, Vaşinqton müharibənin bir müddət davam etməsində maraqlıdır. Bununla Rusiyanı tamamilə defolt vəziyyətinə gətirilməsi təmin edilməlidir. Təbii ki, Putin də Ukraynada uduzması və müharibənin davam etməsinin onun əleyhinə işlədiyinin fərqindədir”.
Politoloq bildirib ki, geopolitik qarşıdurmada tam məğlubiyyət Rusiyanın izolyasiyasını dərinləşdirəcək:
"Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlarda Moskva maraqlı görünür. İlk danışıqlar nəticəsiz olacaq. Yekun sülhdə Putin və Zelenski Türkiyədə bir araya gələ bilər. Türkiyənin vasitəçiliyi və aktiv olması isə Ukraynanın məğlubiyyətində maraqlı olmamasından irəli gəlir. Əgər, Rusiya Türkiyənin vasitəçiliyində manipulyasiya edərsə, Ankara Ukraynaya tam hərbi dəstək verəcək və Suriyada Rusiyaya qarşı ikinci cəbhəni aça bilər. Ona gorə də Moskva Ankara ilə hesablaşmaq məcburiyyətindədir. Artıq Rusiyanın imkanları tükənir və siyasi-hərbi planları fiaskoya uğrayır. Ukraynadan sonra Rusiyanın Suriyadan və Ermənistandan çıxması da mümkündür. Baş veren geopolitik qarşıdurmada Azərbaycan Qarabağda taktiki irəliləyişə nail olacaq”.
Günay Rəsulqızı