Azərbaycanda sülhün qarantı olan multikulturalizmin PRİNSİPLƏRİ

Azərbaycanda sülhün qarantı olan multikulturalizmin PRİNSİPLƏRİ
Birgəyaşayışın, dini dözümlülüyün, sülhün qarantı olan multikulturalizm Azərbaycanda qədim köklərə malikdir.
 
Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq hazırda digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. Bu həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur.
Tolerantlıq qarşılıqlı empatiya ilə mümkündür. Sadə dillə bunu tərif etsək, insanlar bir-birlərinə qarşı dözüm göstərməli, xoş davranmalıdırlar. Xalqımız isə hələ tarixin qədim dövlərindən etibarən müharibanlığı, qonaqpərvərliyi ilə seçilib. Düzdür, bunun bizə mənfi təsirləri də müəyyən zaman silsilələrində özünü göstərib. Lakin ümumi mənada Azərbaycan xalqı həm də buna görə sevilir – empatiya və səmimiliyinə görə…
 
Ölkəmizin tarixinə qısaca nəzər salsaq, bu məkanda demokratik intibah dövründə də, vahid totalitar rejimdə də müxtəlif xalq və dinlərdən olanların yanaşı dinc yaşamasının şahidi olarıq. Dövlətimizin coğrafi mövqeyi, əhalimizin etnik tərkibi qədim vaxtlardan etibarən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Fərqli dövrlərdə yəhudilik, bütpərəstlik, zərdüştilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib. Qürurla vurğulamaq lazımdır ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb.
 
Azərbaycan dini və milli tolerantlığın bəhrəsini Birinci və İkinci Qarabağ müharibəsində də gördü. Hər iki müharibədə dini və irqindən asılı olmayaraq hər bir azərbaycanlı milli birlik nümunəsi göstərdi. Düşmənə qarşı Azərbaycan cəbhəsində müxtəlif millətlərin nümayəndələri Azərbaycan əsgəri kimi çıxış edirdi. Ordumuzda din və irq məsələsi yox, Azərbaycan vətəndaşı, Azərbaycan əsgəri anlayışı var idi. Məhz bu amil düşmən üzərində inamlı qələbəyə rəvac verən başlıca amillərdən biridir.
 
Lakin dini ayrıseçkilik məsələsi də ölkəmizdən yan keçməyib. Belə ki, İkinci Qrabağ müharibəsində xristian dövlətlərinin dini amili rəhbər tutaraq dövlətimizə qarşı fərqli münasibət göstərdiyinə də şahidlik etdik. Bəzi ölkələr bunu açıq şəkildə ifadə edərək, işğalçı tərəfdən yana mövqe sərgiləmişdilər. İndi həmin dövlərlərin əksəriyyəti regionda yaranan yeni reallıqlarla barışaraq müxtəlif yollarla Prezident İlham Əliyevlə dialoqa girərək, əməkdaşlığa can atırlar. Bir gün hər kəs güclünün və doğrunun yanında olmağa məhkumdur…
 
Əzizə Zeynal
 
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
 
Mövzu: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
 
   
 

OXŞAR XƏBƏRLƏR

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...

Azərbaycanda əməkhaqqı 13 faiz artdı - Rəsmi

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət ...

Azərbaycanda İLK: Bambukdan bağ saldı, əşyalar düzəltdi + VİDEO

Lənkəran rayonunun Talışlı kəndində gözoxşayan bir bambuk bağı var.   Sfera.az xəbər verir ki, 1992-ci ildən rayonun Talışlı kəndində yaşayan Eynulla...

Xalq artistinin bu görüntüsü gündəm oldu - FOTO

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb.   Sfera.az xəbər verir ki, aktrisa fotoya bu sözləri qeyd edib:  ...

Çində sifarişlər dronla çatdırılır - VİDEO

Çində kiçik həcmli yüklərin daşınması üçün təqdim edilən karqo xidmətlərində dronlardan geniş istifadə edilməyə başlanılıb.   Sfera.az xəbər verir ki...

Metroda gedişhaqqı artırılır?- RƏSMİ CAVAB

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. ...