Həkimlər türkiyəli bu oğlanın xəstəliyinə diaqnoz qoya bilmirlər – Bir ildir ki...

Həkimlər türkiyəli bu oğlanın xəstəliyinə diaqnoz qoya bilmirlər – Bir ildir ki...
Türkiyədə Ferhat Saltuk adlı şəxs bir ildir ki, aclıq hissini itirib.

 

 

Sfera.az xəbər ki, tələbə oğlan aclıq hissini itirdiyini anladıqdan sonra bir çox həkimə müraciət edib. Lakin mütəxəssislər ilk dəfə belə bir halla qarşılaşdıqlarını bildiriblər. Həkimlərin diaqnoz qoya bilmədiyi xəstəliyə tutulan Saltik cərrahi əməliyyat da olunub və bədənindən biopsiya ilə toxuma nümunəsi götürülüb.

 

O, həkimlərin verdiyi xüsusi maye qidalarla sağ qalamağa çalışır, həmçinin zorla çörək və su qəbul etdiyini deyir.


Müxtəlif həkimlərə müraciət etməyə davam edən gənc qısa zamanda sağlamlığına qovuşmaq və yarımçıq qoyduğu təhsilini davam etdirmək istəyir.

 

 

Əzizə Zeynal

Sfera.az


OXŞAR XƏBƏRLƏR