Avropa Parlamenti kimə QARŞIDIR: Azərbaycana, yoxsa Aİ-yə?

Avropa Parlamenti kimə QARŞIDIR: Azərbaycana, yoxsa Aİ-yə?
"Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmini ifadə etməsinə baxmayaraq, Avropa Parlamenti proseslərə mənfi təsir göstərməyə çalışır”. 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Nurlan Qələndərli deyib.

O bildirib ki, son zamanlar Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında fəal təmaslar var. 

"Hər iki tərəf əməkdaşlığın genişləndirilməsi niyyətini aydın ifadə edir. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko qeyd edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli saziş tezliklə imzalanacaq. Təəssüflər olsun ki, Aİ-nin Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmini ifadə etməsinə baxmayaraq, Avropa Parlamenti proseslərə mənfi təsir göstərməyə çalışır”. 

Politoloqun sözlərinə görə, AP Avropa İttifaqına qarşı çıxış edir:

"Azərbaycan Aİ-nin etibarlı və perspektivli tərəfdaşı, mühüm regional güc mərkəzidir. Sual olunur: belə olan halda, AP Aİ əleyhinə fəaliyyətə start verib, yaxud qurum daxilində mərkəzdənqaçma ilə - separatizmlə məşğuldur?! Yeri gəlmişkən, Belçikanın "Eureporter.co" saytı Avropa Parlamentinin Azərbaycan tərəfinin məktublarını erməni diasporuna sızdırması barədə material dərc edib. Bu, Aİ  ilə Bakı arasında gərginlik yaratmaq cəhdidir.  

AP-nin öz siyasi məsuliyyətini "unutması” və Aİ-nin bəyan etdiyi prinsiplərə zidd fəaliyyət göstərməsi qəbuledilməzdir. Bir tərəfdən Aİ Azərbaycan ilə əməkdaşlığın önəmindən bəhs edir, digər tərəfdən AP qərəzli addımlar atır. Eyni zamanda, Avropa İttifaqının "səmimi tərəfdaşlıq” ifadəsi ilə Avropa Parlamentinin Azərbaycan səfirinin məktublarını erməni diasporunun nümayəndələrinə ötürməsi faktı üst-üstə düşmür. Hər halda, qurum bu barədə ciddi düşünməlidir. Təkcə düşünmək isə yetərli deyil!”.

Turan Rzayev

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...