Şəkərbura və paxlavanı neçə gün saxlamaq olar? – Marketlər etibarlı deyil...

Şəkərbura və paxlavanı neçə gün saxlamaq olar? – Marketlər etibarlı deyil...

Bayram ərəfəsində bəzi şəxslər Novruz şirniyyatlarını marketdən almağa üstünlük verir. Marketdən alınan şəkərbura və paxlavanın isə hansı yağla, hansı şəkildə bişirildiyi qeyri-müəyyəndir.

 

Maraqlıdır, bu şirniyyatları alarkən diqqət etməli olduğumuz məqamlar hansılardır? Bayram şirniyyatlarını neçə gün və hansı şəkildə ev şəraitində saxlamaq olar?

 

 

Mövzu ilə bağlı Sfera.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov şəkərbura və paxlavanın üç gün ərzində istehlak edilməli olduğunu deyib:

 

 

 

"Bayramın özəlliyi odur ki, hər bir evdən milli nemətlərin ətri yayılsın. Marketdən alınan şirniyyatlar bilinmir ki, hansı yağla bişirilir. Bu cür şirniyyatlar biznes hiyləsi ilə bir çox yerlərdə marqarin yağı ilə hazırlanır. Bu da trans yağ olduğu üçün orqanizmdə mənimsənilmir. Yaxşı olardı ki, insanlarımız adət-ənəni qorumaqla az sayda da olsa bayram şirniyyatlarını öz evlərində bişirsinlər.

 

 

Bayram şirniyyatlarını quru yerdə, ağzı bağlı şəkildə, quru parçaya bağlamaqla saxlamaq lazımdır. Şirniyyatları günəş şüasından qorumaq önəmlidir. Beləliklə, həmin məhsulları 3 gün istifadə edə bilərlər. Şirniyyatları soyuducuda saxlamaq olmaz, çünki onların tərkibindəki şəkər kristallaşır və su yaradır. Şəkərbura-paxlavanın otaq tempraturunda saxlanılması daha uyğundur”.

 

 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdi

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...