Kremlin taxıl və şəkər qərarı özünə ziyan verə bilər - Rusiyalı ekspertdən XƏBƏRDARLIQ

Kremlin taxıl və şəkər qərarı özünə ziyan verə bilər - Rusiyalı ekspertdən XƏBƏRDARLIQ
"Rusiyanın taxıl və şəkər ixracına məhdudiyyət tətbiq etməsi qısamüddətli dövrdə səmərəlidir. Ortamüddətli dövrdə isə bu, istehsalın azalması riskini yaradır”.
 
Sfera.az xəbər verir ki, bunu "Sputnik” radiosuna müsahibəsində "INFOLine” analitik agentliyinin baş direktoru İvan Fedyakov bildirib. 
 
O xatırladıb ki, Rusiyadan Avrasiya İqtisadi İttifaqı ölkələrinə taxıl ixracı iyunun 30-dək müvəqqəti olaraq qadağan edilib. Üçüncü ölkələrə ağ şəkər və xam qamış şəkərinin çatdırılması avqustun 31-dək dayandırılıb. 
 
Fedyakov söyləyib ki, Rusiyanın taxıl və şəkər ixracına məhdudiyyət tətbiq etməsi antiböhran məqsədilə verilən fövqəladə tədbirdir:
 
"Bu tədbir olmasa, əhalinin ərzaqla təmin edilməsi çətinləşə bilərdi. Qısa müddət üçün qəbul edilən bu qərar son məhsula qənaət etməyə imkan verəcək, məhsullar anbarlarda qalacaq və ölkə daxilində satılacaq. 
 
Qərar qısa müddətdə səmərəli olsa da, ortamüddətli perspektivdə bu, əkin sahələrinin azalmasına gətirib çıxara bilər. Çünki bir çox istehsalçılar hesab edəcəklər ki, əlavə məhsula ehtiyac yoxdur, buna görə də çox istehsal risklidir.
 
Buna görə də müəyyən edilmiş tarixlərdən sonra ixrac məhdudiyyətini uzatmamaq daha yaxşı olardı.”
 
Vasif

OXŞAR XƏBƏRLƏR

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...