Türkiyənin vasitəçilik MİSSİYASI: Lavrov-Kulebanın Antalya görüşü buna görə nəticəsiz qaldı - TƏHLİL

Türkiyənin vasitəçilik MİSSİYASI: Lavrov-Kulebanın Antalya görüşü buna görə nəticəsiz qaldı - TƏHLİL
Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukrayna xarici işlər naziri Dmitri Kuleba Türkiyənin Antalya şəhərində Diplomatiya Forumunda bir araya gəldi. Forum sonrası Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirildi. Bir saat davam edən üçtərəfli görüş təəssüf ki, nəticəsiz qaldı. Görüş sonrası həm Sergey Lavrov, həm də Dmitri Kulebanın  ayrı-ayrılıqda verdiyi mətbuat konfransı da bunu təsdiq edir.
 
Aydın məsələdir ki, Sergey Lavrov Antalyaya Ukrayna ilə atəşkəslə bağlı razılıq əldə etməyə və ya sülh danışıqları aparmağa gəlməyib. Bunu mətbuat konfrası zamanı özü də açıq ifadə edib. Lavrov qeyd edib ki, "Mən Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə atəşkəslə bağlı razılığa gəlməyi nəzərdə tutmurdum. Bu görüş paralel danışıqlar üçün nəzərdə tutulmamışdı. Əsas danışıqlar Belarusda aparılır”.
 
O zaman sual yaranır: Lavrov hansı səbəbdən Antalyaya gəldi və Kuleba ilə görüşdü?
 
Birincisi, görüş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təşəbbüsü ilə baş tutmuşdu və rəsmi Moskva bu görüşdən imtina edə bilməzdi. ABŞ və Qərbin sanksiyalarına məruz qalan Rusiya üçün Türkiyə ilə münasibətləri korlamaq indiki məqamda ağıllı hərəkət deyil. Digər tərəfdən, Rusiya Ukrayna ilə ehtimal bir razılaşma əldə ediləcəyi təqdirdə Türkiyənin burada qarantor ölkə olmasını istəyir. Kreml, Lavrov-Kuleba görüşü fonunda Ankara ilə münasibətlərə önəm verdiyini, Türkiyənin vasitəçilik səylərini müsbət qarşıladığını bildirir. 
 
İkincisi, Lavrov görüş sonrası bidirib ki, "Əsas danışıqlar Belarusda aparılır. Bu görüş paralel danışıqlar üçün nəzərdə tutulmamışdı”. Kuleba isə qeyd edib ki, "Lavrov bura ancaq dinləmək üçün gəlmişdi. Mən isə müzakirələr üçün gəlmişdim. Görünür, mövqelərimiz fərqlidir. Lavrov mənim təkliflərimi qəbul etmədi”. 
 
Lavrovun, "Danışıqlar Belarusda aparılır” sözləri faktiki olaraq 28 fevral 3 mart və 8 mart tarixlərindəki keçirilən görüşdə Rusiyanın irəli sürdüyü şərtlərdə israrlı olduğundan xəbər verir. Kulebanın, "Lavrov bura ancaq dinləmək üçün gəlmişdi” sözləri də bunu təsdiqləyir. Lavrovun həm də bu görüşə ölkəsinin qərarlı olduğunu, geri addım atmaq niyyətində olmadığını göstərməyə gəlməsi də mümkündür.
 
Rusiyanın bu tələbləri Antalya görüşünü nəticəsiz qoydu!
 
Lavrov-Kuleba görüşünün gərgin atmosferdə keçdiyi, görüş sonrası Ukraynanın ZN.UA agentliyi diplomatik mənbələrə istinadla Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü tələbləri açıqlamasından hiss olunur. Belə ki, 6 şərtdən ibarət tələblərin 5-i Ukrayna Konstitusiyası ilə gücləndirilməsini tələb edir.
 
Həmin şərtlər bunlardır:
 
1. NATO-dan imtina və neytral status elan edilməlidir.
 
2. Rus dili – ikinci dövlət dili olmalıdır. Rus dilinin məhdudlaşdırılması ilə bağlı bütün qanunlar ləğv edilməlidir.
 
3. Krım Rusiyanın ərazisi kimi tanınmalıdır.
 
4. Luqansk və Donetsk "xalq respublikaları”nın müstəqilliyi tanınmalıdır və onların ərazisi tam şəkildə qəbul edilməlidir. Əvvəllər Donbasın Ukraynanın nəzarətində olan hissəsindən də Kiyev imtina etməlidir.
 
5. "Denasifikasiya”. Ultra-millətçilərin, nasist və neonasist partiya və ictimai təşkilatların fəaliyyəti qadağan olunmalı, nasist və neonasistlərin qərhəmanlaşdırılması barədə mövcud qanunlar ləğv edilməlidir.
 
6. Ukraynanın demilitarizasiyası. Hücum silahlarından tam imtina edilməlidir.
 
Göründüyü kimi, Kremlin təklif etdiyi 6 şərt əslində şərt deyil, faktiki Ukraynanın kapitulyasiya, yəni təslimiyyət sənədidir. Maddələrin 6-sı da nə konstruktivdir, nə də sülhə töhfə verir. Mümkündür ki, Antalyadakı görüşdə Lavrov qeyd olunan altı maddəni təkrarlayıb və bu da görüşün nəticəsiz bitməsi ilə nəticələnib. 
 
Türkiyə vasitəçilik missiyasından əl çəkəcək?
 
Türkiyə hazırda əlindən gələni edir ki, Rusiya ilə Ukrayna arasında sülh əldə edilsin.  Düzdür, Antalya görüşündə tərəflər müəyyən razılığa gələ bilməsə də, bütövlükdə uğursuz keçdi deyə bilmərik. Məsələ ondadır ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfə XİN başçıları səviyyəsində bir araya gəlindi. Bu gələcək görüşlər və Türkiyənin vasitəçilik missiyası baxımından olduqca vacib idi. Türkiyə faktiki olaraq heç kəsin edə bilmədiyi bir şeyi etdi və tərəfləri xin başçıları səviyyəsində masa arxasına əyləşdirdi. Mümkündür ki, gələcəkdə bənzər görüş prezidentlər səviyyəsində baş tutsun.
 
Turan Rzayev

OXŞAR XƏBƏRLƏR

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....