Dünya Putinin "Şəhrazad"ından danışır: Onu da itirmək üzrədir - FOTOLAR

Dünya Putinin
Putin rus oliqarxlarına qarşı tətbiq edilən sanksiyaların son qurbanı ola bilər.
 
Sfera.az bildirir ki, İtaliyanın şimal-qərbindəki Marina di Karrarada lövbər salan "Scheherazade" (Şəhrazad) adlı 700 milyon dollarlıq yaxtanın Putinə məxsus olduğu iddia edilib. Onun Rusiya prezidentinə aid olduğu üzə çıxarsa, yaxta müsadirə olunacaq.

Belə ki, 140 metrlik "Şəhrazad"ın Rusiyaya qarşı sanksiyalara daxil edilib-edilməyəcəyini müəyyən etmək üçün İtaliya səlahiyyətliləri tərəfindən araşdırma aparılır. Bu dünyanın ən böyük və ən bahalı superyaxtalarından biridir və 2020-ci ildə istifadəyə verildiyi vaxtdan sahibinin şəxsiyyəti ciddi şəkildə gizlədilir. Yerli sakinlər və yaxtanın hazırda təmirdə olduğu tərsanənin işçiləri arasında "Şəhrazad"ın Putinə aid ola biləcəyi ilə bağlı şayiələr yayılıb. "DailyMail”in tərsanədəki mənbəyə əsaslanaraq verdiyi xəbərdə, yaxtanın ekipajının xarici görünüşcə ruslara oxşadığı və Avropa İttifaqının keçən həftə sanksiyalar elan etməsindən sonra təmirdə çalışan alman qrupunun geri çağırıldığı irəli sürülüb.

Digər tərəfdən, "New York Times” (NYT) qəzetinə danışan yaxtanın britaniyalı kapitanı Guy Bennett-Pearce, onun Putinə aid olmadığını söyləyib. Putinin yaxtaya sahib olması ilə bağlı iddianı qətiyyətlə təkzib edən kapitan deyib ki, Rusiya lideri heç vaxt yaxtanın göyərtəsinə ayaq basmayıb. Yaxtanın sahibinin kimliyini açıqlamayan Bennett-Pearce, gizli sahibin sanksiya siyahısında olmadığını bildirib: 

"Keçən cümə günü italiyalı müfəttişlər yaxtaya gələrək lisenziya sənədlərini yoxladı. Sənədləri, o cümlədən yaxtanın əsl sahibinin şəxsiyyətini təsdiq edən məlumatları müfəttişlərə təhvil verəcəm və məxfilik pərdəsi də mühafizə olunacaq”.

Qeyd edək ki, Marşal adalarında "Bielor Assets” adlı bir şirkətdə rəsmi qeydiyyatda olduğu görünən "Şəhrazad"ın işə başlamazdan əvvəl kapitanı da daxil olmaqla, bütün heyəti ilə "məxfilik müqaviləsi” imzalandığı bildirilir. Üst göyərtəsində iki helikopter meydançası olan yaxtanın interyeri haqqında dəqiq məlumat yoxdur.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...