Donuz ürəyi yerləşdirilən xəstə vəfat etdi

Donuz ürəyi yerləşdirilən xəstə vəfat etdi
ABŞ-da donuz ürəyi yerləşdirilən xəstə vəfat edib.
 
Sfera.az bildirir ki, Merilend ştatının 57 yaşlı sakini David Bennett Merilend Universitetinin tibbi mərkəzində dünyasını dəyişib. Hadisənin 8 mart tarixində baş verdiyi deyilib. 

"Usa Today”in xəbərinə görə, David Bennetin səhhəti son günlər pisləşib, lakin ölüm səbəbi hələ müəyyən edilməyib. Xəstəxananın sözçüsü Deborah Kotz qeyd edib ki, ölüm anında konkret səbəb müəyyən edilməyib və tədqiqatçılar Bennettin ölümünü araşdıracaq.

Qeyd edək ki, David Bennett GMO donuz ürəyi transplantasiyası prosesindən keçmiş ilk şəxs olub. Sözügedən əməliyyat 7 yanvar tarixində baş tutub. Merilend Universitetinin Tibb Mərkəzinin həkimləri deyib ki, transplantasiya genetik cəhətdən dəyişdirilmiş heyvandan alınan ürəyin insan orqanizmində dərhal rədd edilmədən işləyə biləcəyini göstərib. 57 yaşlı David Bennett isə, təcrübənin işləyəcəyinə heç bir zəmanət olmadığını bilirmişdi. O, əməliyyatdan bir gün əvvəl , "Yaşamaq istəyirəm. Bilirəm ki, bu, qaranlıqda vurulmuş bir güllədir, amma bu mənim son seçimimdir", - deyə söyləmişdi.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tramp 17 yaşlı nəvəsinə “Tesla Cybertruck”hədiyyə etdi - FOTOLAR

“Tesla” avtomobili almaqla baş məsləhətçisi İlon Maska dəstək olacağına söz verən ABŞ prezidenti Donald Tramp sevimlisi adlandırılan 17 yaşlı nəvəsi...

Ağdamın bu kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirildi

Ağdamın işğaldan azad edilmiş ərazilərində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, Ağdam rayon Sarıcalı kəndini...

ÜST rəhbəri də Bakıya gəlir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 12-13 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ...

Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı bəyanat yaydı

Pakistan sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi.   Sfera.az xə...

Kürdəmirdə faciə: qatarın qarşısına qəfil çıxan şəxs öldü

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qata...

Zakir Həsənov mayora yeni vəzifə verdi

"Azərbaycan Ordusu" qəzetinə yeni redaktor təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsəno...