Bakını "dilənçilər şəhəri"nə çevirənlər... - Onları hansı cəzalar gözləyir?

Bakını
Ötən il Azərbaycanda valideyn himayəsindən kənarda qalan və sosial təhlükəli vəziyyətlə üzləşən 127 azyaşlı körpələr və uşaq evlərinə, sosial sığınacaqlara yerləşdirilib. Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, uşaqlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları dilənçiliyə cəlb edən 75 valideyn aşkarlanıb.
 
Maraqlıdır, övladlarını dilənçiliyə cəlb edən valideynləri hansı cəzalar gözləyir? 

Bununla bağlı Sfera.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bildirib ki, dilənçiliklə məşğul olma cinayət məsuliyyətinə səbəb olmasa da, inzibati məsuliyyətə səbəb olur. Müsahibimiz qeyd edib ki, bu qanunsuz əməllərlə mübarizəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi aparır:

"İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə əsasən, avaralıqla məşğul olma halında vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə - əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.

"Avaralıqla məşğul olan” dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan ("Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür - yəni bu inzibati xətanın subyekti dedikdə bu işi "peşə” halına gətirən şəxslər”.

Vəkil bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə - məcburi əmək sayılır:

"Bu, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə isə - yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Trampın xüsusi nümayəndəsi bu tarixdə Moskvaya gedir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bunu Ağ Evin mətbua...

Güclü zəlzələlər gözlənilir - Seysmoloqdan XƏBƏRDARLIQ

İraqın Ərbil şəhərinə bağlı Mergasur rayonunda 4,8 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Türkiyənin Hakkari, Bitlis, eləcə də Şırnağın Uludere və C...

Tarkan Bakı konsertindən nə qədər qazanacaq?

Türkiyəli müğənni Tarkan Ramazan bayramında Bakıda konsert verəcək.   Sfera.az-ın məlumatına görə, o, Bakıdakı konsertindən 54 milyon lirə (təxm...

Tramp 17 yaşlı nəvəsinə “Tesla Cybertruck”hədiyyə etdi - FOTOLAR

“Tesla” avtomobili almaqla baş məsləhətçisi İlon Maska dəstək olacağına söz verən ABŞ prezidenti Donald Tramp sevimlisi adlandırılan 17 yaşlı nəvəsi...

Ağdamın bu kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirildi

Ağdamın işğaldan azad edilmiş ərazilərində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, Ağdam rayon Sarıcalı kəndini...

ÜST rəhbəri də Bakıya gəlir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 12-13 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ...