Rusiya zirehli qatarlarla Krımdan Ukraynaya ağır silahlar daşıyır - VİDEO

Rusiya zirehli qatarlarla Krımdan Ukraynaya ağır silahlar daşıyır - VİDEO
Rusiya Krımdan Ukraynanın cənubunda, münaqişələrin baş verdiyi şəhərlərə zirehli qatarlarla ağır silahlar göndərib.

Sfera.az xəbər verir ki, Ukraynaya hücumlarını davam etdirən Rusiya həm öz ərazisindən, həm də Belarusdan ağır silahlar göndərir.

Silahlar daşıyan qatarlardan birinin görüntülərində ağır zirehli texnika və yüngül silahlar göndərdiyi bildirilib. 

Rus əsgərlərinin qoruduğu qatarlara yüklənən silahlar Ukraynanın Rusiyanın nəzarətində olan Mariupol şəhərinə göndərilib. Qatarlar Sovet istehsalı olan "ZU-23-2" tipli pulemyotlarla da təchiz edilib. 

"Amur” və "Baykal” adlı qatarların neçə silah daşıdığı barədə dəqiq məlumat yoxdur. Rusiya Müdafiə Nazirliyi isə Rusiya qatarlarının silah daşıması ilə bağlı rəsmi açıqlama verməyib.
 
Gülər