91 yaşlı xanımın reallaşan arzusu: "Hazırlaş, biz Şuşaya gedirik!

91 yaşlı xanımın reallaşan arzusu:
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Şuşanın qədim bəy nəsli olan Zöhrabbəyovların evi ilə bağlı paylaşım edib.

Sfera.az bildirir ki, qurum rəsmisi sosial media hesabında həmin nəslin nümayəndəsi olan Məryəm Zöhrabbəyova barədə maraqlı məlumat bölüşüb. O, Şuşa azad olunandan bir gün sonra Məryəm xanımın nəvəsinə müraciət edərək, "Hazırlaş, biz Şuşaya gedirik!", -deyə bildirdiyini vurğulayıb:

"Məlum səbəblərə görə, torpaqların geri qaytarılmasının səhəri günü oralara getmək mümkün olmasa da, keçən həftə Məryəm xanımın arzusu gerçəkləşdi və o, ata-baba evini ziyarət etdi. İndi onun 91 yaşı var və xoşbəxt təsadüf nəticəsində onunla məhz Şuşada, Cıdır düzündə tanış olmaq qismət oldu. Məryəm xanımla ilk telefon danışığımız yadımdadır — hiss olunurdu ki, onun ürəyində gerçəkləşməmiş heç bir arzusu  qalmayıb. Tək birindən başqa — doğma evini ziyarət etmək. Onun bu müqəddəs arzusunun həyata keçirilməsində cüzi də olsa, iştirak etmək mənim üçün böyük şərəfdir”.

R.Hacıyev, həmçinin bu istiqamətdə müraciətə cavab verdiyinə və Məryəm xanımın arzusunu gerçəkləşdirməyə kömək etdiyinə görə Məftun Abbasovun şəxsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, qonaqpərvərliyinə və göstərdiyi qayğıya görə Qoruğun nümayəndəsi Elşad İsmayılova minnətdarlığını bildirib:

"Məryəm xanım 1940-cı ildən, yəni ailəsinin Bakıya köçmək məcburiyyətində qaldığı vaxtdan bəri doğma şəhərində olmayıb. O, bəy nəslinin nümayəndəsi olmaqla yanaşı, Azərbaycanda kifayət qədər məşhur bir şəxsdir - 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinin jurnalistika kafedrasından məzun olduqdan sonra ölkəmizin ilk qadın redaktoru olub və 50 ildən artıq müddətdə Azərbaycan radiosunda çalışıb. Məryəm xanımın babası, Əli Əkbər bəy Zöhrabbəyov tərəfindən başladılan həmin evin inşası Abbasqulu bəy Zöhrabbəyov tərəfindən başa çatdırılıb. Tikinti işlərinə İran və Türkiyədən sənətkarlar cəlb olunsa da, memarı əslən qarabağlı olan Kərbəlayi Səfixan Qarabaği idi.

Ev şəbəkəli pəncərələri ilə yanaşı, Abbasqulu bəyin  səfər etdiyi ölkələrdən gətirdiyi sənət əsərləri və çoxlu xalçalarla göz oxşayırdı. O, Rusiya imperiyasında ikinci gildiyanın taciri idi və tez-tez İrana, Türkiyəyə, eləcə də Orta Asiyaya səyahət edirdi. Evdə əksəriyyəti ailə başçısının mükəmməl bildiyi ərəb və fars dillərində olan əsərlərdən ibarət böyük kitabxana var idi. Təəssüf ki, ev erməni işğalçıları tərəfindən demək olar ki, tamamilə məhv edilib, yalnız divarlar və qismən dam qalıb. Hər birimizə məlumdur ki, Qarabağda yüzlərlə, minlərlə ev və memarlıq abidələri də eyni tale ilə üzləşib. Amma, heç kimin şübhəsi olmasın ki, biz hər şeyi daha gözəl bərpa edəcəyik!”.
 









Türkan 


OXŞAR XƏBƏRLƏR

HƏMAS Qəzza razılaşmasını vasitəçilərə təhvil verdi

HƏMAS vasitəçilərə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəldiyi barədə məlumat verib.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər

Dələduzlar növbəti dəfə aparıcı İlkin Həsənini hədəfə alıblar.   Sfera.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. İlkin ...

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" bi...

İnstaqramın fəaliyyətində problem yarandı

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə məşhur...

Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanova vəfat edib.   Sfera.az bildirir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.   Mərhum sabah dəfn ediləcək...

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...