"Ordumuz Xankəndiyə niyə girmədi?", - deyənlərə Ukrayna CAVABI

Ukrayna-Rusiya müharibəsi hər kəs kimi bizi də təəssüfləndirir. Təəssüfləndiyimiz qədər bəzi reallıqlar ilə üzləşib düşünmək də lazımdır. Çünki hazırda Avropanın ən böyük ölkələrindən biri dünyanın gözü qarşısında işğala məruz qalır. Digər bir məsələ də başda ABŞ olmaqla, əksər Avropa ölkələrinin Ukraynaya dəstək verməsidir.
 
Bu təqdirəlayiq hərəkət olsa da, hər kəs yaxşı bilir ki, Ukraynanın yerində başqa qeyri-xristian bir ölkə olsa idi, nə ABŞ, nə də Avropa ölkələri bənzər dəstəyi göstərdi. Misal üçün Azərbaycan!?
 
Mən əminəm ki, Azərbaycan 10 Noyabr bəyanatını imzalamasa, Xankəndiyə ordu yeritsəydi, bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyəcəkdi. 
 
Bu gün belə bəzi şəxslər 2020-ci ildə "Xankəndiyə niyə girmədik?” sualını tez tez dilə gətirir. Bu sualı verənlər haradasa haqlı olsa da unutduqları acı bir reallıq var. Bütün dünyanın dəstəklədiyi Ukraynadan fərqli olaraq, 44 günlük müharibə zamanı Azərbaycanın yanında yalnız Türkiyə var idi. Bizi dəstəkləyəcək nə ABŞ, nə də inkişaf etmiş Avropa ölkələri var idi. 
 
Ukraynada baş verənlər Azərbaycanın regionda və dünyada nə dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiqləyir. Çünki bu gün Ukraynada yaşananlar Azərbaycan üçün də ola bilərdi. Bu zaman biz nəinki 44 günlük müharibədə əldə etdiyimiz nailiyyətləri itirə, hətta dövlətçiliyimizi itirə bilərdik. Bu kiməsə bir qədər inandırıcı gəlməyə bilər, ancaq unutmamaq lazımdır ki, yaxın tariximizdə bu aqibət ilə bir dəfə üzləşmişik. 
1920-ci il aprelin 25-dən 26-na keçən gecə Sovet Rusiyasının qoşunları şimaldan hücum edərək bu gün olduğu kimi dünyanın gözü qarşısında 1920-ci ilin yanvarında Antanta ölkələri tərəfındən istiqlaliyyəti tanınan Azərbaycanı işğal etdi. Bu işğalın qarşısını nə beynəlxaq hüquq, nə də bu gün Ukraynaya dəstək verən ABŞ və Avropa ölkələri ala bildi.
 
Müasir dövrdə ölkəni və xalqı təlatümlərdən sığortalamaq üçün qlobal və geosiyasi reallıqları nəzərə almaq lazımdır. Azərbaycanın illərdir regionda apardığı balans siyasəti və sərgilədiyi mövqe bu mənada vacibdir. 
 
Son günlər bəzi sosial şəbəkə istifadəçiləri Ukrayna-Rusiya müharibəsində Azərbaycanın mövqeyini tənqid edir, hətta ölkə rəhbərliyini Ukraynaya tam mənasında yardım etməməkdə ittiham edir. Halbuki Prezident İlham Əliyev bu gün bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla mümkün geosiyasi kataklizmlərdən ölkəni sığortalayıb. Misal üçün, Azərbaycan hazırda Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir və dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər kontekstində yanaşır. Ölkəmiz NATO və ya KTMT kimi hərbi ittifaqlara qoşulmasa da, Türkiyə ilə "Şuşa Bəyannaməsi”, Rusiya ilə isə "Moskva Bəyannamə” imzalayıb. Bundan başqa, Azərbaycan mövcud Ukrayna-Rusiya müharibəsində Ukraynaya 5 milyon avro dəyərində humanitar yardım və dərman ləvazimatları göndərib. Azərbaycan bəzi ölkələrdən fərqli olaraq Ukrayna və Rusiyaya vasitəçilik missiyasını təklif edir. Onu da deyim ki, həm rəsmi Moskva, həm də Kiyev Azərbaycanın vasitəçiliyinə müsbət yanaşır. Hətta tərəflər arasında mümkün görüş yeri kimi Bakının da adı çəkilir.
 
Nəticə etibarilə, Azərbaycanı bu gün heç bir siyasi avantüralara cəlb etmək mümkün deyil. Bütün qərarlar dərin siyasi təhlilə əsaslanır, dövrün reallıqları nəzərə alınır, gələcək üçün real proqnozlar müəyyən edilir, istənilən qərar milli maraqlara əsaslanır.
 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

AMEA-da “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Martın 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Respublikasının Dövlət Himni “İstiqlal marşı”nın qəbul...

Bakıda sürücünü döyən şəxslər həbs edildi

Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib.   Sfera.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində ...

Vnın ölüm şəkli yayımlandı- ŞOK GÖRÜNTÜ

Dünya çempionu, futbol tarixinin ən istedadlı oyunçularından biri Dieqo Armando Maradonanın ölümü ilə bağlı iddianı araşdıran məhkəmə işinə başlayıb.   ...

MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş ...

Pakistanda girov götürülən qatarda 50 nəfər öldürüldü

Pakistanda girov götürülən qatarda 50 nəfər öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə "Reuters məlumat yayıb.   ...

"Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi

Kriminal aləmdə "Oleq Bakinski" kimi tanınan ukraynalı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə növbəti məhkəm...