DİM qəbul proqramlarında edilən dəyişiklikləri AÇIQLADI

DİM qəbul proqramlarında edilən dəyişiklikləri AÇIQLADI
"Ali təhsil müəssisələrinə builki qəbul proqramlarında müəyyən dəyişiklik edilib”.

Sfera.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva deyib.

Onun sözlərinə görə, yeni iqtisadi zonalarla bağlı coğrafiya fənni üzrə qəbul proqramına tapşırıqlar salınacaq: "Hansı ki, həmin məlumatlar dərsliklərə salınmayıb. Ona görə də bununla bağlı materiallar hazırlanıb və DİM-in saytında yerləşdirilib. Eyni zamanda tarix fənnində də material yenilənib və o da saytda yerləşdirilib. Vətən müharibəsində qazanılan qələbə ilə bağlı tarix fənnində dəyişiklik edilib. İndiki 11-cilər bu dəyişiklikləri məktəbdə keçmədiklərindən DİM bununla bağlı müəyyən işlər görüb. Daha bir dəyişiklik ədəbiyyat dərsliyi ilə bağlıdır. Bəzi yeni əsərlər proqrama əlavə olunub. Əsərlərin bir neçə hissəsi artıq saytda yerləşdirilib. Bu yeni deyil, proqrama daxil edilən əsərlərdir. Məktəbdaxili qiymətləndirmə də aparılıb”.

Şöbə müdiri əlavə edib ki, bütün bu yeniliklərin yer aldığı tapşırıqlarla bağlı məlumatlar "Abituriyent” jurnalının 1-ci sayı üzərində işlər artıq yekunlaşır, yaxın vaxtlarda nəşr ediləcək”.

OXŞAR XƏBƏRLƏR

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...