Yaxın günlərdə pensiya və maaş artımı ilə bağlı qərar veriləcək

Yaxın günlərdə pensiya və maaş artımı ilə bağlı qərar veriləcək
"Mövcud qaydalara əsasən, pensiya kapitalı əvvəlki ildəki inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildəki orta aylıq əməkhaqqındakı artım faizinə indeksiasiya olunur”.

Sfera.az xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, artıq Dövlət Statistika Komitəsi tərəfindən illik inflyasiya göstəricisi elan olunub.

"Bu o deməkdir ki, vətəndaşların pensiya kapitalı, yəni pensiya yığımları əvvəlki ilin inflyasiya səviyyəsinə indeksasiya olunacaq:

"Məsələn, söhbət xüsusən də pensiya yaşı tamam olmayan, amma pensiya kapitalı olan vətəndaşlardan gedir. Vətəndaşın pensiya kapitalı 30 min manatdır. Amma onun pensiya yaşı tamam olmasa da, 2021-ci ildəki inflyasiya səviyyəsinə uyğun olaraq indeksiasiya olunacaq. Yəni, 30 min manatın üzərinə 6,7 faiz inflyasiya səviyyəsinə uyğun olaraq, əlavə indeksasiya məbləği gələcək. Onun pensiya kapitalı avtomatik olaraq, yanvar ayından etibarən artmış olacaq. Bu da gələcəkdə həmin şəxsin pensiyası hesablanan zaman pensiya məbləğinə təsir göstərəcək”.

Deputat qeyd edib ki, yaxın günlərdə orta aylıq əməkhaqqındakı artım faizi də elan oluncaq:

"Daha sonra isə əmək pensiyaları həmin faizə indeksiasiya olunacaq və praktik olaraq yaxın vaxtlarda pensiya kapitalının, eləcə də əmək pensiyalarının indeksiasiyası ilə bağlı qərarın veriləcəyi gözlənilir”.

OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...